Psoriazın daxili orqanlarla əlaqəsi varmı ?

Psoriazin-daxili-orqanlarla-əlaqəsi.jpg

Psoriazın daxili orqanlarla əlaqəsi vardır. Pullu dəmrov daxili orqanları zədələyə bilərmi sualı pasientlər tərəfindən tez-tez verili. Ümumiyyətlə bir çox dəri xəstəlikləri daxili oqranlar ilə əlaqədə yarana bilər. Əvvəllər düşünülürdü ki, pullu dəmrov sadəcə bir dəri xəstəliyidir. Daha sonralar məlum oldu ki, seroneqativ artritlərin bir qisminin səbəbi mahiyyətcə psoriaza bənzər iltihabi reaksiyalardır. Psoriaz xəstəliyi oynaq ağrısı səbəbi olan psoriatik artrit yarada bilər Bu artritlərin psoriaza bağlı meydana gəldiyi isbatlandıqdan sonra xəstəliyə psoriatik artrit adı verildi. Hesablamalara görə pullu dəmrov problemi olan xəstələrin 30%-da gələcəkdə psoriatik artrit meydana gəlir. Deməli, pullu dəmrov sadəcə dəriyə məhdud bir xəstəlik deyil. Bu sistemik, avtoimmun, revmatizmal dəri xəstəliyidir. Sonrakı elmi tədqiqatların nəticəsi göstərdi ki, pullu dəmrov sadəcə oynaq problemi yaratmır. Bu xəstəlik daha ciddi daxili orqan və sistemlərin patologiyalarına gətirib çıxarda bilər. Bir sözlə pullu dəmrov xəstəliyinin daxili orqanlarla əlaqəsi vardır. Beləki….

Psoriazın ürək-damar xəstəlikləri ilə əlaqəsi

Psoriazın daxili orqanlarla əlaqəsi ürək-damar xəstəliklərində də özünü göstərir. Məlum olmuşdur ki, pullu dəmrovu olan xəstələrin 58%-də ürəyin ciddi patologiyalarına, əsasən koronar arter xəstəliklərinə rast gəlinir. 43% hallarda isə beyin qan dövranı patologiyalarına, əsasən də işemik insult problemlərinə rast gəlinir. Belə olan hallarda psoriaz xəstələri çox vaxtı kəskin ürək tutmalarından və kəskin beyin qan dövranı pozuntularından həyatlarını itirirlər. Fəqət, araşdırmalardan ortaya çıxan sevindirici xəbər ondan ibarətdir ki, pullu dəmrovu olan xəstələr psoriazın ağırlığından asılı olmayaraq dermatoveneroloq nəzarətində qalmaq şərtiylə psoriaz əleyhinə müvafiq müalicələr alarlarsa və xəstəliyin remissiyada qalmasına nail olunarsa gələcəkdə ürək-damar xəstəlikləri və digər patologiyalara tutulma ehtimalı da azalır.

Psoriazın şəkərli diabet ilə əlaqəsi

Psoriazın daxili orqanlarla əlaqəsi orqanizmin maddələr mübadiləsi fonunda da özünü göstərir Bir çox hallarda pullu dəmrovu olan xəstələrdə artıq çəki və şəkərli diabet problemləri də yarana bilər. Elmi tədqiqatların nəticələrinə görə psoriaz xəstələri artıq çəkiyə meyilli olurlar. Bu isə öz növbəsində tip iki şəkərli diabet xəstəliyinə gətirib çıxarda bilər. Hesablamalara görə 30% hallarda pullu dəmrov xəstələri gələcəkdə şəkərli diabet xəstəliyinə tutulurlar. Şəkərli diabetə yaxalanandan sonra isə pullu dəmrov xəstəliyini idarə etmək və remissiyaya salmağın da çətinləşməsi məlum olmuşdur. Pullu dəmrovdan əziyyət çəkənlərin dermatoloq nəzarətində qalması və uzun müddətli remissiyaların əldə olunması təqdirdə gələcəkdə diabet xəstəliyinə tutulma ehtimalının da aşağı olduğu məlum olmuşdur. Bu səbəbdən xəstələrə psoriazın kəskinləşdiyi zamanlar mütləq dəri həkiminə müraciət etmələri tövsiyyə olunur və uzun müddətli remissiya alınması naminə nəzarətdə olduğu mütəxəssislə məsləhətləşmələr aparması tövsiyyə edilir.

Psoriazın qaraciyər xəstəlikləri ilə əlaqəsi

Psoriazın daxili orqanlarla əlaqəsi dedikdə qaraciyər xəstəlikləri də mütləq nəzərdə tutulmalıdır. Psoriaz xəstələrində qaraciyər problemləri o cümlədən qaraciyər yağlanması probleminə tez-tez rast gəlinir. Qaraciyər yağlanması isə nəhayətdə nonalkolik-qaraciyər sirrozuna səbəb ola bilər. Qaraciyər yağlanması, artıq çəki, şəkərli diabet, dislipidemiya, ürək koronar arter xəstəlikləri metabolik sindromun bir parçası olaraq meydana gələ bilər. Bu səbəbdən pullu dəmrov xəstələrinə mütəmadi idman hərəkətləri, yağsız, duzsuz və şəkərsiz diet tövsiyyə edilir.

Psoriazın göz xəstəlikləri ilə əlaqəsi 

Pullu dəmrovun daxili orqanlarla əlaqəsi həm də göz xəstəliklərində özünü biruzə verir. Psoriaz xəstələrində tez-tez görülən patologiyalardan birisi də göz xəstəlikləridir. Ən sıx görülən göz xəstəliyi uveit və digər iltihabi göz patologiyalarıdır. Məlum olmuşdur ki, psoriazı və psoriatik artriti olan xəstələrin 7 %-də uveit meydana gəlir. Həm də aşkarlanmışdır ki, pullu dəmrovu müalicə olunan xəstələrdə uveitin rastgəlmə tezliyi də azalır. Psoriaz əleyhinə sistemik müalicələr uveitin qarşısını alsa da gözün bir orqan olaraq ayrıca müalicə edilməsi labuddur.

Psoriaz Xəstəliyi Müalicə Mərkəzi

Azərbaycanda ilk və yeganə Psoriaz Xəstəliyi Müalicə Mərkəzi olaraq pullu dəmrovdan əziyyət çəkən soydaşlarımıza müasir təbabətin ən son yenilikləri ilə tibbi xidmət verilir. Psoriaz xəstələri uzun müddətliyinə nəzarətə götürülür və müşahidə altında saxlanılır


psoriaz xəstəliyi müalicə mərkəzi

ŞƏFANIZI BİZDƏ TAPIN




psoriaz xəstəliyi müalicə mərkəzi

ŞƏFANIZI BİZDƏ TAPIN