Psoriaz xəstələrində xərçəng

Psoriaz-xəstələrində-xərçəng.jpeg

Psoriaz xəstələrində xərçəng yaranma ehtimalı haqqında elmi araşdırmalar artmqdadır. Hal-hazırda dermatoloq həkimlərin qarşısında duran önəmli bir sual dayanır. Görəsən psoriaz və psoriatik artrit xəstəliyi olan insanlarda daxili orqanların xərcəngi yaranma ehtimalı nə qədərdir ? Bu suala cavab tapmaq üçün inidyə qədər bir necə elmi araşdırmalar aparılmışdır. Son aparılan elmi araşdırmaların nəticələri göstərmişdir ki, psoriaz xəstəliyi və psoriatik artritin daxili orqanların bədxassəli şişi ilə müəyyən əlaqəsi vardır. Bu elmi tətqiqatlara istinadən məlum olmuşdur ki, pullu dəmrov problemindən əziyyət çəkənlərdə o məmə kanseri, melanoma və hematoloji xərcənglərin meydana gəlmə ehtimalı yüksəkdir. 

Psoriaz xəstələrində xərçəng problemi haqqında daha bir elmi araşdırma ABŞ-da aparılmışdır.  Ən son aparılmış araşdırmanın nəticələrinə əsasən deyə biləri ki, dəri xərcənginin ən bədxassəli növü sayılan melanoma və hematoloji kanserlərin pullu dəmrovlu xəstələrdə meydana gəlmə riski digər sağlam şəxslərlə müqayisədə 50% yüksəkdir. Psoriaz əleyhinə qəbul edilən müxətlif immunosupressiv dərmanları qəbul edən pasientlər arasında isə xərcəng isidentində heç bir fərq aşkar edilməmişdir. Pullu dəmrov xəstələrində avtoimmun iltihabi reaksiya sadəcə dərini deyil, bütün orqanizmi əhatə etməsi məlum bir faktdır. Psoriazlı xəstələrdə immun hüceyrələr bir növ pullu dəmrovu meydana gətirməklə məşqul olduğu üçün ortaya çıxmış xərcəng hüceyrələrini aradan qaldırmaq üçün lazımı sayda immun hüceyrələr cəlb oluna bilmir və bu səbəblə də psoriazı olan pasiyentlərdə daxili orqanların və dərinin bədxassəli şişləri rahat meydana gəlir. 

Psoriaz xəstələrində xərçəng

Digər bir elmi tədqiqat psoriatik artriti olan pasiyentlərdə aparılmışdır. Məlum olmuşdur ki, psoriatik artrit xəstəliyindən əziyyət çəkən pasiyentlərdə orqanizmin bədxassəli şişinin meydana gəlmə ehtimalı sağlam şəxslərlə müqayisədə 64% yüksəkdir. Psoriatik artriti olan şəxslərdə ən sıx görüləm məmə xərcəngidir. Eyni zamanda aşkarlanmışdır ki, psoriatik artiriti olan qadınlarda məmə xərcənginin rastgəlmə tezliyi üç dəfə çoxdur. Bu elmi araşdırmada da xərcəngin əmələ gəlməsini psoriatik avtoimmun iltihabi reaksiya ilə əlaqələndirilmişdir.  

psoriaz xəstələrində xərçəng

Xərcəngdən qorunmaq üçün psoriaz xəstələri nə etməlidir ?

Pullu dəmrovdan əziyyət çəkən pasientlər bilməlidirlər ki, bu xəstəlik sadəcə dəriyə məhdud xəstəlik deyil. İltihabi reaksia gizli bir şəkildə daxili orqanları da bürüyür. Bu səbəbdən pullu dəmrovun ağırlığından asılı olmayaraq pasientlər müvafiq müalicələr alamlıdırlar və xəstəliyin remissiyada qalmasına çalışılmalıdır. Belən olan halda psoriaz xəstələrində şəkərli diabet, ürək-damar xəstəlikləri və psoriatik artrit kimi sistem problemlərinə rast gəlmə ehtimalı da azalmış olar. Bununla bahəm orqanizmin bədxassəli şişlərinin də yaranmasının qarşısını almış oluruq. Pullu dəmrov xəstələrinin xərcəngdən qorunmaq üçün hər ili xüsusi radioloji müayinələrdən keçməsi məsləhət edilməsə də, onların mütləq bir dermatoveneroloq nəzarətində olması və xəstəliyin ağırlığından asılı olmayaraq istər lokal, istərsə də sistemik terapiyalar alması tövsiyyə edilir. 

psoriaz xəstəliyi müalicə mərkəzi

Psoriaz Xəstəliyi Müalicə Mərkəzi

Azərbaycanda ilk və yeganə Psoriaz Xəstəliyi Müalicə Mərkəzi olaraq pullu dəmrovdan əziyyət çəkən soydaşlarımıza müasir təbabətin ən son yenilikləri ilə tibbi xidmət verilir. Psoriaz xəstələri uzun müddətliyinə nəzarətə götürülür və müşahidə altında saxlanılır


psoriaz xəstəliyi müalicə mərkəzi

ŞƏFANIZI BİZDƏ TAPIN




psoriaz xəstəliyi müalicə mərkəzi

ŞƏFANIZI BİZDƏ TAPIN