Pullu dəmrov xəstələri təbiətən həsas qəlbli olurlar. Bu xüsusiyyət demək olar ki bütün psoriaz xəstələrinə xasdır. Bu səbəblə pullu dəmrov xəstələri bəsit emosianal stress faktorundan sonra səpgilərdə artış və psoriazın remissiyadan çıxması müşahidə olunur. Yəni, stress faktoru psoriazın yaranma səbəbi və tətikləyici faktoru rolunu oynamış olur. Ona görə psoriaz xəstələri stressli vəziyyətlərdən uzaq qalmalıdırlar. Zaman-zaman psixoterapevtik müalicə almalarında fayda vardır. Stress sonrası səpgilərdə artış müşahidə olunarsa mütəxəssisə müraciət edilməsi məsləhət edilir. Cünki, psoriazın şiddətlənməsi xəstələri təkrar stress vəziyyətinə salır ki, bu da xəstəliyin şiddətini daha da yüksəldir. Bu buaxımdan psoriaz xəstəliyi nədən yaranır sualına cavab olaraq stress faktorunu vurqulamaq mümkündür.
Pullu dəmrov xəstələri keçirdikləri infeksiyalardan sonra səpgilərində artım müşahidə oluna bilər. Yəni, infeksiyalar həm psoriazın yaranma səbəbi və tətikləyicisi ola bilər. En sıx yuxarı tənəffüs yollarının istər bakteriyal, istərsə də virus mənşəli infeksiylarından sonra psoriazda artım müşahidə olunur. Fəqət, istənilən növ infeksiyalar xəstəliyi şiddətləndirə bilər. Bu baxımdan psoriaz xəstəliyi nədən yaranır sualına cavab olaraq infeksiyaları vurqulaya bilərik. Ona görə də psoriaz xəstələri qulaq ağrısı, diş ağrısı, boğaz ağrısı, öskürmə, sidiyə çıxarkən yanma hissi, gecə tərləməsi, halsızlıq və qızdırma kimi ümumi infeksiya əlamətləri müşahidə edərlərsə zaman itirmədən və səpgilər artmadan dermatoveneroloqa müraciət etməlidirlər.
Pullu dəmrovu olan soydaşlarımız başqa xəstəliklər səbəbiylə istifadə etdikəri dərmanlara qarşı diqqətli olmalıdırlar. Cünki, bəzi dərmanlar pullu dəmrov səpgilərini artırır və xəstəliyi remissiyadan çıxardır. Yəni, bəzi dərmanlar psoriazın yaranma səbəbi və tətikləyicisi ola bilər. Bu səbəbdən psoriaz xəstələri istifadə etdikləri dərmanlarda sonra səpgilərində artma müşahidə edərlərsə o dərmanı qara siyahıya daxil etməli və bir daha istifadə etməməlidirlər. Həkim məsləhəti ilə istifadə olunan dərman başqa bir qrup dərmanlarla əvəz olunmalıdır. Hipertenziya əleyhinə istifadə olunan dərmanlar, bəzi psixiatrik dərmanlar, antibiyotiklər və steroid olmayan ağrıkəsicilər psoriazın şiddətləndirə bilər. Psoriaz xəstəliyi nədən yaranır sualına cavab olaraq bəzi dərmanları da qeyd etmək olar.
Pullu dəmrovun artmasında başqa bir faktor travmadır. Yəni, psoriazın yaranma səbəbi və tətikləyicisi qismində bu dəfə dəriyə tətbiq edilən travmalar rol oynayır. Travma dedikdə isə əsasən açıq cərrahi, endoskopik, laparaskopik və s kimi müdaxilələr nəzərdə tutulur. Yuxarıda sadalanan müdaxilələrdən sonra psoriaz səpgilərini arta bilər. Dar ayaqqabılar və ağır fiziki işlər əl-ayaq psoriaz xəstəliyini tətikləyə bilər. Dəridə hər hansı bir zədələnmə sonrası travma yerində psoriaz səpgilərı yaran bilər. Travma sonrası səpgilər bütün dəriyə yayıla biləcəyini də unutmamamlıyıq. Psoriaz xəstəliyi nədən yaranır sualına cavab olaraq isə travmaları qeyd etmək olar.
Copyright © 2021 Psoriaz Xəstəliyi Müalicə Mərkəzi- Bütün hüquqlar qorunur
Cooki istifadə etməklə bəzi dataları toplayaraq saytımızı daha təkmil etməyi düşünürük. Zəhmət olmasa təklifi qəbul edin.