Psoriazın yaranma səbəbi mərkəzimizə müraciət edən pasientlər tərəfindən tez-tez soruşulur. Pullu dəmrovun yaranma səbəbi izah edilmədən əvvəl dərinin quruluşu haqqında təsəvvürə sahib olmaq lazımdır. Dəri insanda mövcüd olan ən böyük orqandır. O üç qatdan ibarətdir. 1. Epidermis, 2. Dermis, 3. Hipodermis və ya piy qatı. Pullu dəmrov xəstələrində patoloji hadisələr epidermis ilə dermis qatında ortaya çıxır. Pullu dəmrov xəstəliyinin yaranma səbəbi anadan gəlmə mövcud olan genetik pozuntular və ətraf mühütün mənfi təsirləridir. Bu təsirlər nəticəsində epidermis və dermisdəki patoloji proseslər tətiklənir.
Nəticədə pullu dəmrov səpgiləri meydana gətirir. Dermisdə ortaya çıxan mürəkkəb avtoimmun iltihabi reaksiya nəticəsində səpgilərin əsasını təşkil edən damarlarda genişlənmə və epidermisdə qalınlaşma ortaya çıxır. Psoriaz səpgilərinin qabıqlı olması epidermis hüceyrələrinin normadan artıq çoxlaması ilə əlaqəlidir. Pullu dəmrov səpgilərinin qırmızı olması isə dermisdəki damarların artması və genişlənməsi ilə əlaqəlidir. Psoriazın yaranması görüldüyü kimi mürəkkəb mexanizmlər ilə meydana gəlir. Pasientlərin anlaya biləcəyi dildə pullu dəmrovun yaranması mexanizmini burada izah edirik.
Psoriazın yaranma səbəbi haqqında danışarkən pullu dəmrovu provokasiya edən faktorlar haqqında (ayrıca bəhs) da danışmaq lazımdır. Lakin, psoriaz nədən yaranır sualı verilərsə hər şeydən əvvəl xəstədə genetik səviyyəd immun hüceyrələrinin pozuntusu haqqında bəhs edilməlidir. Avtoimmunitet adlanan bu cür pozuntular nəticəsində xəstənin immun hüceyrələrinin sağlam dəridəki hüceyrələrə hücum etməsi nəticəsində iltihabi reaksiya yaranır. Bu da öz növbəsində psoriaz səpgilərini ortaya çıxardır. Psoriazı tətikləyən faktorlar xüsusən, stress, travma, dərmanlar və infeksiyalar mutant genləri aktivləşdirərək yuxarıda qeyd edilə avtoimmunitet mexanizmlərini provokasiya edir. Nəticədə epidermis hüceyrələrinin çoxalması nəticəsində dəridə qabıqlı qızartılar yaranır.
Dermisdə iltihabi reaksiya nəticəsində yaranan damar genişlənməsi isə qaşıntılı qızartıları meydana çıxardır. Görsəndiyi kimi psoriaz xəstəliyinin yaranması istiqamətində bir çox patoloji həlqələr elmə məlumdur. Psoriazın müalicəsi məhz bu patoloji həlqlər üzərində təsir göstərən dərmanlara əsaslanır. Pullu dəmrov xəstəliyinin yaranması və yayılmasına səbəb olan səbəblər elmi cəhətdən araşdırılır. Nəticədə hər il bu xəstəlik daha ətraflı öyərnilir. Bu isə yeni dərmanların icad edilməsi deməkdir.
Bütün hüquqlar qorunur 2016
Bütün hüquqlar qorunur 2016