Xeyir. Psoriaz xəstəliyi keçici deyildir. Pullu dəmrov xəstəliyi dərinin qeyri-infeksioz yolxucu olmayan xəstəliyidir. Xəstəliyin etiologiyasında mikroblar iştirak etmir.
Xeyir. Psoriaz xəstəliyi yaxın təmasla keçməz. Pullu dəmrov dərinin yolxucu olmayan xəstəliyi olduğu üçün yaxın təmaslardan sonra qarşı tərəfə keçməz. Ona görə ailə fərdlərinin birində psoriaz olduğu təqdirdə ailə fərdlərinin digər üzvləri ilə yaxın təmas qurmasında təhlükə yoxdur. Əl vermək, öpüşmək, qucaqlaşmaq, eyni yatağı paylaşmdaq tamamiylə təhlükəsizdir. Cinsi yolla da keçmir.
Psoriaz xəstəliyi üçün yaş sərhəddi yoxdur. İstənilən yaşda pullu dəmrov xəstəliyi yarana bilər. Lakin, bor qayda olaraq uşaqlıq və yeniyetməlik vaxtında bu xəstəlik artıq ilkin əlamətlərini verməyə başlayır. Bir çox pasientlərimiz psoriaz diaqnozunu uşaqlıq çağlarından əldə etmiş olur
Psoriaz xəstəliyinin yaranması genetik pozuntular fonunda immun hüceyrələrinin fəaliyyətindəki pozuntular ilə əlaqəlidir. İmmunitet hüceyrələri belə xəstələrdə sağlam dərinin zədələməyə başlayır və nəticədə avtoimmun proses baş verir. Avtoimmun proses isə öz növbəsində dəridə qızartı, qaşıntı və qabıqlanma verir.
Psoriaz irsi xəstəlik deyildir. Lakin psoriazın yaranması bir başa genetik pozuntular fonunda baş verir. Ailə fərdlərinin birində pullu dəmrov xəstəliyi varsa gələcək nəsillərdə də bu xəstəlik özünü göstərə bilər. Ola bilər psoriaz diaqnozu qoyan adamın yaxın ətrafında bu xəstəlikdən əziyyət çəkən birisi olmasın. Lakin bu fakt xəstəliyin yaranmasında genetik faktorun iştirakını inkar etmir. Ola bilər uzaq nəsillərdə kimdəsə bu xəstəliyi törədən genlərin daşıyıcıları varmış
Psoriaz xəstəliyi daxildən gələn xəstəlik deyildir. Lakin, psoriaz sistem xəstəliyi olduğu üçün daxili orqanlarda xüsusən oynaqlarda avtoimmun iltihablaşmaya bağlı olaraq problemlər yarana bilər. Belə olan halda peşəkar dermatoloq sistem problemlərinə yönəlik xəstəni lazımı testlərdən və analizlərdən keçirdə bilər. Lakin psoriazın daxili orqanlardan qaynaqlandığını iddia etmək dorğu deyildir. Bu xəstəliyin yaranması genetik mutasiyalar fonunda meydana gələn avtoimmun reaksiyalar ilə əlaqəlidir.
Bəli. Stress faktoru psoriazın yaranmasında önəmli yerə sahibdir. Bir çox xəstələr məhz həyatlarında yaşadığı stressli hadisələrdən sonra bu xəstəliyə tutulurlar. Ayrılma, boşanma, ölüm, qəza, ağır xəstəlik, müflisləşmə, işdən qovula və s. kimi hadisələrdən sonra insan psoriaza yaxalan bilər. Həyəcan təşviş, depressiya, panik atak, fobiyalar və s. kimi psixi pozuntular da psoriazı tətikləyə bilər.
Bəli psoriaz xəstəliyinin müalicəsi vardır. Çoxlu sayda yerli və daxilə verilə preparatlarla xəstəliyin əlamətlərini uzun müddətliyinə itirmək olur. Xəstəliyin inkişafını və daxili orqanlarda verə biləcək zərərləri əngəlləmək olar. Xəstəni qızartılardan, qabıqlardan və qaşıntıdan qurtarmaq mümkündür. Psoriaz xəstələrini əmək qabiliyyətini və həyat keyfiyyətini yüksəltmək olur. Xəstəliyinin gətirdiyi psixoloji gərginlik, əsəb və komplekslərdən qurtarmaq mümkündür. Bunun üçün xəstənin daima həkim nəzarətində qalması və mütəmadı müayinələrə gəlməsi lazımdır. Hər zaman səbirli və ümidli olması lazımdır.
Pullu dəmrovun müalicəsi və profilaktikası daimi olmalıdır. Xəstəlik remissiyaya girəndən sonra da profilaktika aparılamlıdır. Xəstəliyin təkrar qayıtmaması üçün həm dermatoloq, həm də pasient tərəfindən təsbirlər görülməlidir.
Psoriaz xəstəliyinə aid məxsusui bir dieta yoxdur. Müəyyən qidaların psoriazı yaymasına dair elmi faktlar yoxdur. Bu baxımdan psoriaz xəstələrinə məxsusi bir dieta təyin edilmir. Lakin, bəzi xəstələr səpgilərinin və qaşıntının müəyyən qidalardan sonra artmasını ifadə edirlər. Belə olan halda o şəxslərə həmin qidalardan uzaq durmağı tövsiyyə edirik.
Psoriaza dəniz suyunun heç bir faydası yoxdur. Lakin, psoriaz xəstələrinə yay aylarında dənizə gedib günəşlənməsini tövsiyyə edirik.
Bütün hüquqlar qorunur 2016
Bütün hüquqlar qorunur 2016