Doktor Mehdi İskəndərli / Dermatoloq

Uzman Dr. Mehdi İSKƏNDƏRLİ

Doktor Mehdi İskəndəri Avstraliyanın Sidney şəhərində yerləşən St. George Hospitalında təkmilləşmiş, Türkiyənin İzmir şəhərində yerləşən Ege Universitetində rezidentura keçmiş, Dəri və Zöhrəvi Xəstəlikləri mütəxəssisi, Dermatoloq Mehdi İskəndərli

Düşünməzdim ki, hər hansı bir dəri xəstəliyi insanın mənəvi dünyası ilə əlaqədə olsun. O səbəbdən, psoriaz xəstələrinin mütləq əksəriyyətinin incə qəlbli, təmiz ruhlu və dərin mənəviyyatlı olması diqqət cəkicidir. Bu qrup insaların bəlkə də mərkəzi siniri sisteminin kimyasının özəlliyidir onları qeyri-adi insan edən. Bu psoriazın bəlkə də yeganə fəsadıdır ki, həmin insanlar üçün əlavü üstünlük verir – Doktor Mehdi İskəndərli

mehdi doktor
mehdi doktor
mehdi doktor

Hazırki Azərbaycan təbabəti müasir tibbi səhiyyə sisteminə keçid edə bilmədiyi üçün əfsuslar olsun ki, pasientlərimiz klinikaya müraciət etmədən əvvəl hələ də sosial media üzərindən həkim axtarışı edirlər. Həkim seçimində tərcüməyi hal önəmli yerə sahibdir. Pasientlər bir qayda olaraq Türkiyədə rezidentura keçmiş, Avropa və ABŞ-da ixtisaslaşmış, elmi məqalələri olan və konfranslarda iştirak edən həkimlərə talibdir. Bu səbəbdən pasientlərə alçatanlığı təmin etmək üçün aşağıda tərcüməyi halımızı qısaca təsvir edirik

Doktor Mehdi İskəndərli 2003-2009-cu illərdə Azərbaycan Tibb Universitetində ali təhsilini tamamlamışdır. 2009-2010-cu illərdə Sumqayıt Şəhər Ruhi-Əsəb Dispanserinde Həkim Psixiatr ixtisasını əldə etmişdir. 2011-2015-ci illərdə Türkiyənin İzmir şəhəri, Ege Universiteti Tibb Fakültəsi Dəri ve Zöhrəvi Xəstəlikləri kafedrasında rezidentura keçərək dəri həkimi yəni, dermatoveneroloq ixtisasına yiyələnmişdir. 

Doktor Mehdi İskəndərli rezidentura sırasında dəfələrlə Türkiyədə, Avropada, Kanadada ve ABŞ-da təşkil olunan beynəlxalq elmi konfranslarda, elmi seminarlarda ve kurslarda iştirak etmişdir. Dermatoloq ABŞ-da, Avropada və Türkiyədə təşkil olunan elmi konfranslarda şifahi elmi məruzələrlə çıxış etmişdir. 2015-cil ildə Kanadanın paytaxtı Vankuverdə keçirilən 23-cü dünya dermatologiya konqresində hələ rezident ikən ‘‘Overlap of bullous pemfigoid and pustular psoriasis” adlı şifahi elmi məruzə təqdim etmişdir. Dəri həkimi Mehdi İskəndərli elmi məqalələrini Avropanın ve Türkiyənin nüfuzlu jurnallarında dərc etdirmişdir. ”A case of Bannayan–Riley–Ruvalcaba syndrome. A new clinical finding and brief review” məqaləsində ilk dəfə genetik dəri xəstəliyinin yeni klinik əlamətini təsvir etmişdir. Bəzi elmi maqələləri inglisi dilindən alman dilinə tərcümə edilərək yenidə çap edilmişdir.

Doktor Mehdi İskəndərli Avropanın ən seçilmiş rezidentlərinin qəbul edildiyi ”Euorderm Excellence” rezident konqresinə daxil olan ilk və yeganə azərbaycanlıdır.  Avropa Dermatovenerologiya Akademiyasının (EADV) ”John Stratigos Memorial Scholarship” qrantının qalibidir. Amerika Dermatologiya Akadmeiyasının ”Strauss & Katz Fund Scholarship” qrantını əldə edib. Mehdi doktor Fransanın Nice şəhərində keçirilən ”Dermatoonkologiyanın Diaqnostikasında Müasir Yanaşma” kursunda təqdim etdiyi kliniki hal ən yaxşı üç mühazirədən birisi seçilmidir və mükafatlanıdırlmışdır.

Doktor Mehdi İskəndərli 2017-ci ildə Avstraliyanın Sidney şəhərində yerləşən St. George Hospitalının dermatologiya kafedrasında üç aylıq ixtisasartıma keçmişdir. Türkiyənin, Avropanın və ABŞ-ın dermatovenerologiya cəmiyyətlərinin təqaüdləri ilə təltif edilmişdir. Türkiyənin, Avropanın və ABŞ-ın dermatovenerologiya cəmiyyətlərinin üzvüdür. İngilis, Rus ve Türk dillərində sərbəst danışır. Mehdi həkim hal-hazırda 2016-cı ildən etibarən ölkəmizdə müstəqil uzman həkim olaraq tibbi fəaliyyətini davam etdirir. 



QƏBULA YAZILIN

İş saatları


Bazar ertəsi
10.00 – 15.00
Ç. axşamı
10.00 – 15.00
Çərşənbə
10.00 – 15.00
C. axşamı
10.00 – 15.00
Cümə
10.00 – 15.00
Şənbə
10.00 – 15.00
Bazar
İstirahət

ƏLAQƏ QUR

Həkimin qəbuluna düş


ZƏNG EDİN

(051) 444 66 44


WHATSAPP

(051) 444 66 44


BİZƏ YAZIN

info@pulludemrov.com


QƏBULA YAZIL

Həkimin qəbuluna düşmək üçün randevu alın


NAİLİYYƏTLƏR

Bir qədər ətraflı


  • İş təcrübəsi
  • Psoriaz haqqında elmi işlər
  • Mükafatlar
  • 2009-2010 Sumqayıt Şəhər Psixiatriya Xəstəxanasında Psixiatr interni
  • 2011-2015 Türkiyə, İzmir, Ege Universiteti Xəstəxanası Dermatoloq rezident
  • 2015-2016 Azərbaycan, Bakı, Medera Hospital, Dermatologiya uzmanı
  • 2016-2017 Azərbaycan, Bakı, Zəfəran Hospital, Dermatologiya uzmanı
  • 2017-2018 Azərbaycan, Bakı, Mərkəzi Klinika, Dermatologiya uzmanı
  • 2018-  Azərbaycan, Bakı, HB Güven Klinik, Dermatologiya uzmanı
  • European Academy of the Dermatology and Venereology (EADV) Scholarship, 05-08.03.15
  • American Academy of Dermatology and Venereology (AAD) Scholarship, 20-24.03.2015
  • Turkish Society of Dermatology (TDD) Scholarship, 08-13.06.2015.

PASİENTLƏR NƏ SÖYLƏYİR ?

Xoş sözlər səmimi etiraflar

Şəfasına qovuşmuş pasientlərimizin qəlblərindən gələn kəlimələrin hər birisi bir altun dəyərindədir


Məncə həkim həm də yaxşı psixoloq olmalıdır. Həkim necə xəstəni dinləyib dərdinə dərman tapırsa xəstə də həkimi dinləməlidir. Həkim xəstənin qəlbinə və ruhuna nüfüz etməyi də bacarmalıdır. Dr. Mehdi məhz bu cür həkimlərdəndir. O mənim də həkimimdir. Allah ondan razı olsun.


SƏMƏD
GÜNƏŞ

Rozasea pasienti


Hörmətli həkimim Mehdi İskəndərli bu günə qədər gördüyüm ən çalışqan, işini sevərək görən, həm xəstə ilə, həm də xəstə yaxınları ilə empatiya içində olan yeganə həkimdir. Allah sizdən razı olsun. Haqqınızı halal edin. Belə bir həkimimizin olması bizim üçün böyük uğurdur. Ömür boyu sizə minnətdar olacağam. Hər şey üçün təşəkkür edirik. Çox sağolun.


PƏRVİN
ELÇİNLİ

Qırmızı qurdeşənəyi pasienti


Mənim çox savadlı həkimim Mehdi doktor ! Allah sizin kimi mərhəmətli, mehriban və ən əsası savadlı həkimləri bizə çox görməsin. 25 il idi ki, psoriazdan əziyyət çəkirdim. Mənim getmədiyim həkim qalmamışdı. Sağalmırdım əksinə dərmanlar daha da pisləşdirirdi məni. Nə yaxşı ki, sizi tanıdım, Sahənizdə psoriazdan qurtulmuşam. Sizə sonzuz təşəkkürümü ifadə edirəm.


AYLİN
ƏLİYEVA

Pullu dəmrov pasienti


psoriaz xəstəliyi müalicə mərkəzi

ŞƏFANIZI BİZDƏ TAPIN




psoriaz xəstəliyi müalicə mərkəzi

ŞƏFANIZI BİZDƏ TAPIN