Pullu dəmrovun müalicəsi

Psoriazın müalicəsi

Pullu dəmrovun müalicəsi və profilaktikası üçün soydaşlarımızı tərəfindən poliklinikamıza tez-tez müraciət olunur. Psoriazın müalicəsi haqqında bu səhifədə qısa məlumat verilmişdir





Psoriaz xəstəliyinin müalicəsi və profilaktikası üçü soydaşlarımızı mərkəzimizə tez-tez müraciətlər edir. Dəmrov səpgilərinin uzun müddətlik itirmək və psoriaz remissiyasını əldə etmək dermatoloq qarşısında duran çətin tapşırıq olsa da müvəffəqiyyətlə çoxsaylı pasientlərimiz şəfasına qovuşmuşdur. Pullu dəmrovun müalicəsi kompleks yanaşma tələb edir. Həm yerli, həm də sistemik müalicələr təyin edilir. Burada psoriazın yerli müalicəsi haqqında məlumat verilir. Eləcə də psoriazın sistemik müalicə metodları haqqında bəhs edəcəyik.

Pullu dəmrovun müalicəsi emollientlər ilə

Psoriazın lokal müalicəsi zamanı emolientlərə, yəni nəmləndiricilərə geniş yer verilir. Nəmləndirici kremlər səpgilərin yumşaması və qaşıntının azalması üçün faydalıdır. Nəmləndirici kremlər sadəcə residiv dönəmlərində deyil eyni zamanda psoriazın remissiyası dönəmlərində də istifadə edilməlidir. Nəmləndiricilər vanna qəbulundan və əl-üz yıxamalarından sonra xüsusən tətbiq edilməlidir. Psoriaz xəstələri nəmləndiricilərin tətbiqini həyat tərzinə çevirməlidirlər və həyatı boyunca istifadə etməlidirlər. Emollientlərin ciddi yan təsirləri yoxdur

psoriaz xəstəliyinin müalicəsi emollient ilə

Pullu dəmrovun müalicəsi kortikosteroidlər ilə

Pullu dəmrovun yerli müalicəsi üçün hormonal preparatlar olaraq tanıdığımız kortikosteroid (KS) kremlərdən də istifadə olunur. KS kremlər səpgilərin əmələ gəlməsinə səbəb olan immun mexanizmləri yatırmaqla terapevtik təsirini göstərir. KS kremləri 2 m2 sahəsi olan bütün dəriyə tədbiq olunarsa dəridən sorulma nəticəsində qana keçərək sistemik yan təsirlərə səbəb ola bilər. Uşaq psoriaz xəstələrində bu yan təsir daha ciddidir. KS kremlərinin təsir gücünə görə müxtəlif növləri vardır. Hər birinin dəridə özünəməxsus tətbiq edildiyi anatomik regionlar vardır. Bu səbəblə KS kremlərini tanımadan, dermatoveneroloq rəyi olmadan özbaşına istifadəsi dəridə strialar yəni atrofik çatların əmələ gəlməsinə səbəb ola bilər. Ona görə, psoriaz xəstələri KS kremlərini mütəxəssis məsləhətindən sonra tətbiq etməlidir. 

psoriaz xəstəliyinin müalicəsi kortikosteroid ilə

Pullu dəmrovun müalicəsi antralin ilə

Psoriaz xəstəliyinin müalicəsi zamanı antralin və ya ditranol kimi molekulalardan də istifadə olunur. Antralin 20-ci əsrin əvvəllərindən istifadəsinə başlanılmışdır. Psoriaz əleyhinə təsir mexanizmi tam bilinməsə də səpgilərin aradan qaldırılmasında xeyli təsirli olduğu məlumdur. Antralin tez-tez dəridə lokal reaksiyaların əmələ gəlməsinə səbəb olur. Eyni zamanda dəriyə tətbiq olunandan sonra alt paltarı və dərini boyayır. Bundan başqa, antralinin digər LT vasitələrindən fərqli olaraq effektivliyi daha azdır.  Ona görə antralin psoriaz əleyhinə çox da münasib dərman vasitəsi sayılmır. Antralin şampun və kremlər şəklində istifadə olunur.

psoriaz xəstəliyinin müalicəsi antralin ilə

Pullu dəmrovun müalicəsi qətran ilə

Qətran ağaclardan əldə olunan qatı maddədir. Psoriazın müalicəsində daş kömürdən əldə edilən qətrandan istifadə edilir. Daş kömür qətranı qara, qatı və qoxulu bir maddədir. Bu maddədən hazırlanan sabun, şampun, krem və losyonlar Pullu dəmrovun müalicəsi üçün istifadə olunur. Amma, daş kömür qətranın pis qoxusundan dolayı, alt paltarı və dərini boyadığı üçün hər xəstədə tətbiq etmək olmur. Fotosensitivlik və dəridə irritan dermatitə səbəb olduğu üçün dermatoloq həkimlər tərəfindən çox da müraciət edilmir. Bəzi elmi araşdırmalarda daş kömür qətranının dəri xərçəngi əmələ gətirmə potensialı olduğu da göstərilmişdir. 

psoriaz xəstəliyinin müalicəsi qətran ilə

Pullu dəmrovun müalicəsi ultrabənövşəyi şüalar ilə

Pullu dəmrov xəstəliyinin müalicəsi zamanı ultrabənövşəyi şüalardan (UB) da istifadə olunur. Psoriaz xəstələrinin bir çoxu yay aylarında səpgilərin azaldığını ifadə edir. Demək günəş şüaları sağaldıcı təsiri malikdir. Günəş işığı spektrumuna daxil olan UB şüaların terapevtik təsiri daha böyükdür. Psoriazın müalicəsində UB şüaları radiasiya edən xüsusi cihazlardan istifadə olunur. Bu cihazlar vasitəsiylə pullu dəmrovun bir çox klinik variantlarını müalicə etmək mümkündür. Lakin, bu aparatlar dəri xərçəngi o cümlədən metastaz verən melanoma yaratdığı üçün bir çox xəstələr imtina edir. UB şüaları ilə aparılan müalicəyə fototerapiya deyilir. Yay aylarında qəbul edilən günəş vannları da fototerapiyadır. Fototerapiya cihazlarında xərçəngə görə müalicə almaqdan imtina edənlər yaz-yay aylarında günəş vannları qəbul etmələri məsləhət edilir.

psoriaz xəstəliyinin müalicəsi ultrabənövşəyi şüalar ilə



PSORİAZ


Mərkəzə müraciət edin

İŞ SAATLARI



Mərkəz ilə əlaqə qur

ƏLAQƏ MƏLUMATLARI








psoriaz xəstəliyi müalicə mərkəzi

ŞƏFANIZI BİZDƏ TAPIN




psoriaz xəstəliyi müalicə mərkəzi

ŞƏFANIZI BİZDƏ TAPIN