Pullu dəmrovun tam müalicəsi mümkündür ?

pullu-dəmrovun-tam-müalicəsi.jpeg

Pullu dəmrovun tam müalicəsi varmı sualı psoriaz xəstələri tərəfindən tez-tez verilir. Psoriazdan əziyyət çəkənlərin arzusudur pullu dəmrovdan biryolluq qurtulmaq. Müasir dermatologiya psoriazın müalicəsi üçün hər il yeni müalicə üsulları təklif edir. Psoriazın tam müalicəsi üçün davamlı olaraq elmi araşdırmalar aparılır. Doktor Mehdi İskəndərli vurğulayır ki, hal-hazırda pullu dəmrovun müalicəsi üçün istfadə edilən dərmanların və üsulların sayı yetəri qədərdir. Lakin, bu müalicə üsulları pullu dəmrov səpgilərinin və qaşıntının tamamiylə uzun müddətliyinə itirilməsinə hesablanmışdır. Yəni, psoriazın remissiyası ən müasir müalicə üsulları ilə əldə etmək mümkündür. Dəridə qaşıntılı qızartılar və ləkələrdən tamamiylə uzunmüddətlik qurtulmaq mümkündür. Mehdi doktor onu da əlavə edir ki, psoriazın ən müasir müalicə üsulları ilə pullu dəmrovun remissiyası və söndürülməsi yalnız davamlı terapiyalar və profilaktika aparmaqla mümkündür. Bunun üçün pullu dəmrov xəstələri dermatoloq nəzarətində qalmağı bacarmalıdırlar. Xəstələrin müşahidə altında qalması həm də ona görə lazımdır ki, pasientlər psoriaz terapiyası zamanı istfadə edilən, xüsusən sistemik dərmanların ciddi toksik təsirindən qoruna bilsinlər. 

pullu dəmrovun tam müalicəsi

Pullu dəmrovun tam müalicəsi arzu ilə yaşayan xəstələr heç bir zaman ümidsiz olmamlıdırlar. Psoriaz xəstəliyinin tam yox olması mümkün olmasa da pullu dəmrovun yayılması, onyaqlara keçməsinin qarşısını almaq üçün müvafiq tədbirlər görülməlidir. Psoriaz sistem xəstəliyi hesab edilir və sadəcə dəridə şikayətlər yaratamır. Psoriazın daxili orqanlarla əlaqəsi artıq çoxdan elmə məlumdur. Bu baxımdan psoriazın tam müalicəsi məsələsindən çox pasientlərə psoriazın yayılması, ağırlaşması, psoriatik artrit kimi oynaq probleminin yaranması, qaraciyər yağlanması, şəkərli diabet və s. kimi sistem probleminin qarşısını alınması düşündürməlidir. Cünki, psoriaz xəstəliyi nəzarətsiz qalarsa zamanla proqressiya göstərə bilər və ağırlaşma verə bilər. Pullu dəmrovun növləri çoxdur. Onlardan bəziləri xüsusən pustulyar psoriaz və eritrodermik psoriaz ölümlə nəticələnə bilər. Odur ki, adı keçən psoriazın ağır formalarına keçidin qarşısını almaq üçün psoriaz müalicəsi və profilaktikası daima aparılmalıdır. Xəstələrin arzuladığı kimi pullu dəmrovun tam müalicəsi olmasa da pasientlərin psoriaz olduğunu unutduracaq dərəcədə müsbət nəticələr əldə etmək mümkündür və bu nəticələri illər boyunca saxlamaq mümkündür. 

psoriaz xəstəliyi müalicə mərkəzi

Psoriaz Xəstəliyi Müalicə Mərkəzi

Azərbaycanda ilk və yeganə Psoriaz Xəstəliyi Müalicə Mərkəzi olaraq pullu dəmrovdan əziyyət çəkən soydaşlarımıza müasir təbabətin ən son yenilikləri ilə tibbi xidmət verilir. Psoriaz xəstələri uzun müddətliyinə nəzarətə götürülür və müşahidə altında saxlanılır


psoriaz xəstəliyi müalicə mərkəzi

ŞƏFANIZI BİZDƏ TAPIN




psoriaz xəstəliyi müalicə mərkəzi

ŞƏFANIZI BİZDƏ TAPIN