Psoriaz xəstəliyi nədir ?
Psoriaz xəstəliyi nədir ?
Psoriaz xəstəliyi nədir sualı psoriaz xəstələri tərəfindən tez-tez verilir. Randevu alıb mərkəzimizə müraciət edən xəstələrimizin bir çox psoriaz haqqında ətraflı məlumata malik olmur. Bir çox hallarda psoriaz haqqında yanlış təsəvvürə malik olur. Bəzi xəstələrə isə yanlış olaraq pullu dəmrov diaqnozu qoyulur. Ətraflı müayinələrdən və testlərdən sonra xəstədə psoriaz problemi olmadığı ortaya çıxır və pasientin daha yüngül dəri xəstəliyi səbəbindən əziyyət çəkdiyini söyləyirik. Psoriaz və ya pullu dəmrov xəstəliyi dərinin avtoimmun, xroniki gedişatı olan, yolxucu olmayan sistem xəstəliyidir.
Psoriazın yaranma səbəbi nədir ?
Psoriazın yaranma səbəbi xəstənin immunitetinin genetik olaraq keyfiyyət pozuntusuna uğramasına bağlıdır. Pullu dəmrov xəstələrində xəstələnmiş immun hüceyrələri dəriyə hücum edərək avtoimmun adlanan iltihabi reaksiyalara səbəb olmuş olur. Bu isə öz növbəsində dəridə qaşıntılı qabıqlı qızartılar yaradır. Bəzi psoriaz xəstələrində isə dəridə irincikli qabarcıqlar yaranır.
Psoriaz xəstəliyi ilə pullu dəmrov xəstəliyi eyni problemdir ?
Bəli psoriaz xəstəliyi ilə pullu dəmrov xəstəliyi eyni problemdir. Psoriaz beynəlxalq termindir. Beynəlxalq dermatologiya ədəbiyyatlarında bu xəstəliyə psoriaz xəstəliyi deyilir. Pullu dəmrov isə yerli ədəbiyyatda istifadə edilir.
Psoriazı artıran səbəblər nədir ?
Psoriazı artıran səbəblər haqqında danışdıqda birinci növbədə stres faktorunu söyləmək lazımdır. Stres psoriazı artırır və onun yayılmasına səbəb olur. Hətta ilk dəfə pullu dəmrovun stresdən sonra yaranması tez-tez tərəfimzidən müşahidə edilir. Pullu dəmrovu artıran səbəblər arasında infeksiyalar, travmalar, dərmanlar da vardır.
Pediatrik populasiyada psoriaz olurmu ?
Bəli uşaqlarda pullu dəmrov xəstəliyi yarana bilər. Pedaitrik psoriaz xəstəliyi erkən uşaqlıq dövürlərindən özünü biruzə verməyə başlayır. Xəstəliyin gedişi demək olar ki, böyüklərdə olduğu kimidir. Lakin, damcıvari psoriaz uşaqlarda daha çox rast gəlinir. Uşaqlarda dəridə damcıyabənzər qabıqlı qızartılar şəklində özünü göstərir. Lakin, uşaqlarda psoriaz xəstəliyi başda dəri xəstəlikləri ilə qarışa bilər. Buna görə bəzən uşaqlara səhvən pullu dəmrov diaqnozu qoyulur və yanlış müalicələr aparılır. Bilmək lazımdır ki, uşaqlarda dəmrov tipli çoxlu sayda müxtəlif xəstəliklər yarana bilər. Diaqnozun dəqiqləşdirilməsi yalnız kliniki şəraitdə peşəkar dermatoloq həkim tərəfindən aparıla bilər.
Psoriaz hansı yaşlarda yaranır ?
Pullu dəmrov hansı yaşda yaranır sualı tez-tez verilir. Psoriaz xəstəliyi üçün yaş sərhəddi yoxdur. İstənilən yaşda pullu dəmrov xəstəliyi yarana bilər. Lakin, bir qayda olaraq psoriaz xəstəliyi uşaqlıqdan yaranır. Bir çox pasientlərimiz psoriaz diaqnozunu uşaqlıq çağlarından əldə etmiş olur.
Psoriazın klinik əlamətləri nələrdir ?
Pullu dəmrov haqqında danışarkən mütləq psoriazın klinik əlamətləri haqqında bəhs edilməlidir. Psoriaz xəstəliyinin əlamətləri dəridə qabıqlı qızartılar və qaşıntıdır. Psoriazın əlamətləri arasında dəridə irinli qovuqcuqlar da yer alır. Məsələn, pustulyar psoriaz forması əsasən əllərdə irincikli qabarcıqlar yaradır. Ayaqda irinli qabarcıqlar pustulyar psoriazın ayaq forması ilə daha çox əlaqəlidir. Pustulyar psoriazın ən ağır forması zamanı isə bütün bədəndə irincikli qabarcıqlar yaranır ki, bu da ölümcül ola bilər.
Dəridə qabıqlı qızarma hər zaman psoriaza dəlalət edir ?
Xeyr! Dəridə qabıqlanma və qaşınma verən çox dəri xəstəliyi mövcuddur. Dəridə qaşıntılı qızartıları olan çox dəri xəstələrinə yanlış olaraq pullu dərmrov diaqnozu qoyulub. Və yaxud tərsinə pullu dəmrov xəstələri səhvən tamamiylə fərqli dəri xəstəliyi diaqnozu qoyulub. Psoriaz diaqnozu yalnız peşəkar dermatoloq tərəfində qoyula bilər.
Başda psoriaz xəstəliyi yarana bilərmi ?
Bəli. Psoriazın əlamətləri arasında başda qaşıntılı qabıqlanma və qızartıdır. Belə xəstələrdə başda qalın qabıqlanma və qızartı olur. Qaşıntı çox şiddətli ola bilər və yuxu pozuntusuna da gətirib çıxarda bilər. Əsasən ənsədə qaşıntı ən çox narahat edə simptomlardan biridir. Başda kəpəklənmə isə üst geyimin çiyinlərinə qədər tökülə bilər. Lakin, saçlı dəridə qaşıntılı qabıqlı qızartılar hər zaman pullu dəmrov probleminə işarə etmir. Bu cür əlamətləri verən dəri xəstəliyi çoxdur. Diaqnozu dəqiqləşdirmək üçün mütləq peşəkar dəri həkimi olan mərkəzlərə müraciət edilməlidir.
Dırnaqda psoriaz xəstəliyi yarana bilərmi ?
Bəli. Pullu dəmrovun əlamətləri arasında dırnaqlarda saralma, qalınlaşma, ayrılma və s. kimi dəyişikliklər də yer alır. Dırnaq xəstəlikləri bir çox hallarda məhz psoriazın ucbatından yaranır. Lakin, hər dırnaq qalınlaşması və saralması psoriaz demək deyil. Dırnaq problemləri verən çoxu sayda dəri xəstəlikləri vardır. Bunların mütləq əksəriyyəti bir birinə bənzəyir. Psoriaz dırnaqlarının diaqnozu yalnı kliniki şəraitdə dermatoloq tərəfindən aparılmalıdır.
Psoriaz keçicidir ?
Xeyr! Pullu dəmrov keçici deyil. Pullu dəmrov non-infeksioz dəri xəstəliyidir. Psoriaz yolxucu olmayan dəri xəstəliyi hesab edilir. Psoriaz xəstələri ilə əl ilə görüşmək olar. Pullu dəmrov xəstələri ilə cinsi əlaqə qurmaq olar. Bir sözlə psoriazın yaxın təmasla keçməsi mümkün deyildir.
Pullu dəmrovun diaqnostikası necə aparılır ?
Psoriazın diaqnostikası əsasən klinik əlamətlərə görə aparılır. Bu xəstəliyin çoxlu variantları olduğu üçün başqa dəri xəstəlikləri ilə qarışa bilər. Bir çox yerdə xəstələrə yanlış olaraq psoriaz xəstəliyi diaqnozu qoyulur və düzgün olmayan müalicələr təyin edilir. Bu problemdən qaçmaq üçün psoriaz diaqnozunu dəqiqləşdirmək üçün dəri biopsiyası üsulu istifadə edilə bilər. Mərkəzimizdə lazım olduğu təqdirdə dəri biopsiyası icra edilir və pullu dəmrov diaqnozu 100%-lik dəqiqliklə təyin edilə bilinir.
Psoriaz daxildən gələn xəstəlikdir ?
Psoriaz xəstəliyi daxildən gələn xəstəlik deyildir. Lakin, psoriaz sistem xəstəliyi olduğu üçün daxili orqanlarda xüsusən oynaqlarda avtoimmun iltihablaşmaya bağlı olaraq problemlər yarana bilər. Belə olan halda peşəkar dermatoloq sistem problemlərinə yönəlik xəstəni lazımı testlərdən və analizlərdən keçirdə bilər. Lakin psoriazın daxili orqanlardan gəlməsi iddiası dorğu deyildir. Bu xəstəliyin yaranması genetik mutasiyalar fonunda meydana gələn avtoimmun reaksiyalar ilə əlaqəlidir.
Pullu dəmrovda dieta saxlamaq lazımdır ?
Psoriaz və dieta mövzusu mübahisəlidir. Qidaların psoriazı artırması tezisi öz təsdiqini tapmayıb. Qidalanmanın psoriaza təsiri haqqında elmi faktlar yoxdur. Ona görə psoriaz xəstəliyinə aid məxsusui bir dieta yoxdur. Bu baxımdan psoriaz xəstələrinə məxsusi bir dieta təyin edilmir. Lakin, bəzi pasientlər qidadan sonra psoriaz səpgilərində qaşınma yarandığını təsvir edilər. Belə olan halda o şəxslərə həmin qidalardan uzaq durmağı tövsiyyə edirik.
Dənizin psoriaza xeyiri varmı ?
Psoriaza dəniz suyunun xeyiri varmı sualı tez-tez verilir. Pullu dəmrova dəniz suyunun xeyiri yoxdur. Lakin, yayda dənizə gedən psoriaz xəstələrinin səpgilərində solma müşahidə edilir. Bunun səbəbi dəniz suyundan çox günəş şüalarıdır. Günəşin ultrabənövşəyi şüaları psoriazda qaşıntı və səpgiləri azaldır. Ona görə, psoriaz xəstələrinə yay aylarında dənizə gedib günəşlənməsini tövsiyyə edirik.
Psoriaz Xəstəliyi Müalicə Mərkəzi
Azərbaycanda ilk və yeganə Psoriaz Xəstəliyi Müalicə Mərkəzi olaraq pullu dəmrovdan əziyyət çəkən soydaşlarımıza müasir təbabətin ən son yenilikləri ilə tibbi xidmət verilir. Psoriaz xəstələri uzun müddətliyinə nəzarətə götürülür və müşahidə altında saxlanılır