Psoriaz üçün maz və həbləri yalnız dermatoloq təyin edə bilər

psoriaz-üçün-maz-1.jpeg

Psoriaz üçün maz və həblər ciddi yan təsirlərə malikdir. Bu səbəbdən pullu dəmrov dərmanları ancaq dermatoloq müayinəsindən sonra qəbul edilməsi tövsiyyə edilir. Çox təssüf ki, bir çox hallarda pullu dəmrov xəstələri dəri həkiminə başvurmadan apteklərdən, qonşulardan, qohumlardan və sosial media üzərindən mənşəyi bilinməyən psoriaz mazı və həbləri istifadə edirlər. Bu da nəticədə psoriazın ağırlaşması ilə nəticələnir. Pullu dəmrov səpgilərinin ikincili göbələk və bakterial infeksiyalarla pisləşməsinə səbəb olur. Fəsadlarla dermatoloq həkimə müraciət edildikdə isə doktorun işi çətinləşmiş olur. Bundan əlavə adekvat olmayan psoriaz üçün kremlər və digər yerli preparatlar da dəridə incəlmə, qızarma, göynəmə, tüklənmə və s. kimi fəsadlar verə bilər. Bu fəsadlar bir çox hallarda geri dönməyən problemlərdir. Sonradan müalicəsi demək olar mümkünsüz olur. Psoriaz üçün dərmanlar vardır hansı ki, daxilə qəbul edilir onların da ağızda yaralar, dəridə yaralar, mədə xorası, bağırsağın selikli qişasının eroziyası kimi fəsadları vardır. Bu cür xəstələrin müalicəsi əksərən reanimasiya şəraitində aparılır. Ölüm halları da olur. 

Psoriaz üçün maz və həblər rasional qaydada yazılmalıdır. Pullu dəmrov üçün dərmanlar yalnız peşəkar dermatoloq tərəfindən yazılır. Əgər dərmanlar rasional qaydada istifadə edilməzsə gələcəkdə o dərmanların xəstəyə bir daha faydası dəyməz. Ümumiyyətlə psoriazın müalicəsi üçün istifadə edilən preparatlar məhdud saydadır. Onların qeyri-düzgün istifadəsi nəticədə xəstənin dərmansız qalmasına səbəb ola bilər. Pullu dəmrov üçün maz ən çox kortikosteroid tərkibli olur. Steroid tərkibli mazların növləri çoxdur. Təsir gücünə görə fərqlənirlər. Bu cür preparatların istifadəsi kor-koranə aparılmır. Pullu dəmrovun müalicəsi zamanı mazlar və həblər təyin edilərkən psoriazın növünə görə verilməlidir. Bildiyimiz ki, psoriazın klinik əlamətləri çoxçeşidlidir və bunlar da öz növbəsində gedişatına və formasına görə müxtəlif tipli psoriaz xəstəliyi meydana gətirir. Bu isə nəticədə hər psoriaz növünə qarşı spesefik müalicə üsulu seçilməsini tələb edir. Hər bir pullu dəmrov xəstəsi individual olduğu üçün psoriaz mazları və həbləri də selektiv qaydada təyin edilməlidir. Ona görə də psoriaz üçün maz və həblərin korkoranə istifadəsini tövsiyyə etmirik

Psoriaz Xəstəliyi Müalicə Mərkəzi

Azərbaycanda ilk və yeganə Psoriaz Xəstəliyi Müalicə Mərkəzi olaraq pullu dəmrovdan əziyyət çəkən soydaşlarımıza müasir təbabətin ən son yenilikləri ilə tibbi xidmət verilir. Psoriaz xəstələri uzun müddətliyinə nəzarətə götürülür və müşahidə altında saxlanılır


psoriaz xəstəliyi müalicə mərkəzi

ŞƏFANIZI BİZDƏ TAPIN




psoriaz xəstəliyi müalicə mərkəzi

ŞƏFANIZI BİZDƏ TAPIN