Başın qaşınması nədəndir ?

başın-qaşınması.jpeg

Başın qaşınması şikayəti ilə psoriaz xəstəliyi müalicə mərkəzinə tez-tez randevu alınır. Dəri xəstəlikləri arasında bəlkə də baş qaşınması problemi ən sıx görülən problemlərdəndir. Saçlı dərinin qaşınması problemi olanlarda paralel şəkildə saçlarda kəpəklənmə də görülür. Kəpəklər çiyinlərə qədər qar dənəsi kimi tökülə bilir və xəstələrə ciddi diskomfort verir. Başda qaşıntı həm də qalın qabıqlar ilə də özünü biruzə verə bilər. Ən çox ənsədə qabıqlı qızartı və qaşıntı meydana gəlir. Başda qabıqlanma qalın pulçuqlar şəklində özünü göstərə bilir. Başın pullanması əksərən ənsədə və alın xəttində yaranır. Alın xəttində qabıqlı qızartı qaşıntılı olduğu üçü xəstələrdə ciddi diskomfort və kompleks yaradır. Saç diblərində qabıqlanma və qaşınma problemi həm də saç tökülməsi ilə nəticələnə bilir. Ona görə saçlarda qaşıntılı qabıqlanma problemi olanlar ən qısa zamanda dermatoloq həkimə müraciət edərək müalicələrə başlamalıdırlar. Vaxtında müalicə və profilaktika aparılmasa xəstəlik yayılaraq qaşlarda qabıqlanma, saqqalda qabıqlanma, qulaqlarda qabıqlanma kimi problemlər də yarana bilər. Sinədə qabıqlı qızartı da ortaya çıxır. 

başın qaşınması

Başın qaşınması və pullanmasına bir çox dəri xəstəliyi səbəb ola bilər. Allergik dəri xəstəlikləri, avtoimmun dəri xəstəlikləri, göbələk xəstəlikləri və s. başda qaşınma səbəbi ola bilər. 1001 dəri xəstəliyi saç diblərində qaşıntı şikayətinə səbəb ola bilər. Lakin, bunlar arasında psoriaz xəstəliyi xüsusən qeyd edilməlidir. Bəzi insanlarda pullu dəmrov xəstəliyi saçlı dəridən başlayır. Əksərən ənsədə qaşınma və qabıqlanma ilə başlayır. Sonra isə saç diblərinin tamamını əhatə edir. Başın pullanması daha iri və qalın olur. Əsəb və stresdən sonra daha da kəskinləşə bilər. Problem dərinləşərək hətta qulaqarxasında qabıqlanma və qaşıntı ilə nəticələnə bilər. Qabıqlı qızartı qulaq keçəcəyini də əhatə edə bilər. Nəticədə qulaq tıxacı yarana bilər. Doktor Mehdi qeyd edir ki, başda qabıqlanma hansı səbəbdən yaranmasından asılı olmayaraq bu problemin müalicəs vardır. Dəri həkimi xəstə qəbulu zamanı başda qaşıntının səbəbi nədir sualına cavab tapmağa çalışır. Bunun üçün dermatoloq ehtiyac olarsa dəri biopsiyası, qan analizləri, radioloji testlər və digər üsullara müraciət edə bilər. 

Psoriaz Xəstəliyi Müalicə Mərkəzi

Azərbaycanda ilk və yeganə Psoriaz Xəstəliyi Müalicə Mərkəzi olaraq pullu dəmrovdan əziyyət çəkən soydaşlarımıza müasir təbabətin ən son yenilikləri ilə tibbi xidmət verilir. Psoriaz xəstələri uzun müddətliyinə nəzarətə götürülür və müşahidə altında saxlanılır


psoriaz xəstəliyi müalicə mərkəzi

ŞƏFANIZI BİZDƏ TAPIN




psoriaz xəstəliyi müalicə mərkəzi

ŞƏFANIZI BİZDƏ TAPIN