Dermatoloq necə olmalıdır ?
Təəssüf ki, bəzi hallarda ölkəmizdə, dermatogiya sahəsində, ən yaxşı dermatoloq tərəfindən bir mənalı qarşılanmayan, mütərəqqi səhiyyəyə malik ölkələrin tibbi praktikasında görülməyən və ümumdünya səhiyyə təşkilatının (ÜST) məsləhət bilmədiyi üsul və metodlar tətbiq edilir. Bu isə soydaşlarımızın yaxalandığı dəri xəstəlikləri problemlərinin daha da pisləşməsinə səbəb olur. Haqlı olaraq bu da dəri xəstələrini daha etibarlı dəri həkimi axtarışına sövq edir. Dermatoloq Mehdi İskəndərli tərəfindən söylənilən fikirlərə əsasən həmvətənlərimizin rahatlığı naminə peşəkar dermatoloqu tanımaq üçün top 20 özəllik tərtib etmişdir:
Ən yaxşı dermatoloq hansı özəlliklərə sahib olmalı ?
- Psoriaz və ya pullu dəmrov xəstələrinə daxilə kortikosteroid və ya hormonal dərmanlar verməz
- Vulqar akne xəstəliyi ilə gənə xəstəliyini qarışdırmaz
- Demodeks paraziti yəni gənə paraziti ilə mübariəz aparmaz
- Sızanaq müalicəsi üçün bağırsağı yumaz
- Çivzələrin müalicəsi üçün qurd müalicəsi təyin etməz
- Sızanaq xəstəliyinin müalicəsi üçün xəstələrə qurd analizi verdirməz
- Akne xəstəliyi müalicəsi üçün ehtiyac olanda roacccutan dediyimiz oral izotretinoin dərmanını təyin etməkdən imtina etməz
- İnternet üzərindən xəstə müayinəsi və dərman təyinatı etməz
- Dəri xəstələri “qarantiya” tələbində olsalar da onlara heç zaman ən sadə dəri xəstəliyi olsa belə “qarantiya” verməz
- Ən yaxşı dermatoloq ingilis dilini bilir.
- Beynəlxalq konfranslarda çoxlu məruzələrlə çıxış edir
- Beynəlxalq dermatoloji elmi jurnallarında çoxlu məqalələləri olur
- Ən güclü dermatoloq ümumdünya səhiyyə təşkilatının protokollarını bilir və tətbiq edir.
- Qərb ölkələri səhiyyə standartlarına uyğun tibbi davranış sərgiləyir
- Sübuta dayanmış təbəbətin tətbiqi ilə məşqul olur
- Ağır dəri xəstəliklərinin müalicəsində bitki tərkibli və bioloji aktiv əlavələrdən istifadə etməz
- Ən güclü dəri həkimi həm də yaxşı terapevt olmalıdır.
- Dəri xəstəlikləri ilə müraciət edən pasientlərə daxili xəstəliklər fonunda baxa bilməlidir
- Ən yaxşı dəri həkimi sadəcə dəri deyil, eyni zamanda dırnaq, saç, ağız boşluğunun selikli qişasının və cinsi xəstəliklərin müalicə və profilaktikasını aparmalıdır.
- Dəri xəstələrinə və dəri xəstəliklərinə akademik yanaşma sərgiləyər
–
Dermatologiya uzmanı, Dr. Mehdi İskəndərli tərəfindən söylənilənlərə əsasən onu da qeyd edə bilərik ki, Azərbaycanda və paytaxtı Bakıda ən yaxşı dermatoloq deyə biləcəyimiz və top 20 özəliklərə sahib peşəkar mütəxəssislərimiz az da olsa vardır. Bu baxımdan ölkəmizin dəri və zöhrəvi xəstəlikləri sahəsinin daha inkişaf edəcəyinə ümidliyik. Pasientlər də ümidsiz olmamalıdırlar. Ən ağır dəri xəstəliklərini etibar edəcəkləri peşəkar dəri və zöhrəvi xəstəlikləri mütəxəssisləri ölkəmizdə mövcuddur.
Psoriaz Xəstəliyi Müalicə Mərkəzi
Azərbaycanda ilk və yeganə Psoriaz Xəstəliyi Müalicə Mərkəzi olaraq pullu dəmrovdan əziyyət çəkən soydaşlarımıza müasir təbabətin ən son yenilikləri ilə tibbi xidmət verilir. Psoriaz xəstələri uzun müddətliyinə nəzarətə götürülür və müşahidə altında saxlanılır