Sinədə qızartı nədən yaranır ?

sinədə-qizarti.jpeg

Sinədə qızartı şikayəti ilə müraciət edən pasientlərin sayı oldukça çoxdur. Əsasən kişilərdə sinədə qabıqlı qızartılar probleminə rast gəlinir. Lakin, sinədə qızarıqlıq problemi qadınlarda və uşaqlarda da rast gəlinir. Qadınlarda məməaltında qızartı da paralel şəkildə yarana bilər. Sinənin qızarması hər yaş qrupunda əsasən qabıqlı qaşıntılı səpgilər şəklində özünü biruzə verir. Bir çox xəstədə isə sinədə kəpəkli qızartı olsa da qaşıntı olmaya bilər. Sinənin qızarması bir çox insanda sırf estetik cəhətdən diskomfort yaradır. Bəzi insanlarda isə sinədə qızarma ciddi qaşıntı ilə özünü göstərir. Bu həyat keyfiyyətinə mənfi təsir göstərə bilir. Sinədə qırmızı ləkə olan xəstələrdə paralel şəkildə bəzən kürəkdə qabıqlı qızartı, yanaqlarda qabıqlı qızartı, başda kəpəklənmə, qulaqarxasında qabıqlanma, qaşlarda qabıqlanma və s. yarana bilər. Sinədə qırmızı ləkələr stresdən sonra bir çox xəstələrdə kəskinləşərək arta bilər. Bundan əlavə bir çox xəstədə yay aylarında sinədəki qızartılar azalır, qış aylarında isə artmağa meyilli olur. Belə olan halda pasientlərə yay aylarında günəş vannasının qəbulunu tövsiyyə edirik. 

Sinədə qabıqlanma və qızarma həm də dəri yağlanması fonunda yarana bilər. Sinə dərisi yağ vəzləri ilə zəngin olduğu üçün həmin nahiyyə adətən yağlı olur. Hiperseborreya halı da sinədə qaşıntılı qızartı səbəbi ola bilir. Sinə həm də çox tərləyən dəri nahiyyəsidir. Tərləməyə meyilli olan insanlarda sinədə qızarma məhz tər vəzisi xəstəlikləri fonunda yarana bilər. Belə olan halda sinədə şiddətli qaşıntı yaranır qızartıdan əlavə olaraq. Sinədə qaşınma tərləmə zamanı hər dəfə kəskinləşir. Sinədə qızartı həm də psoriaz xəstəliyi səbəbi ilə də yarana bilər. Bəzi insanlarda pullu dəmrov sinədən başlaya bilir. Lakin zamanında dəri həkiminə müraciət edilmədiyi üçün və vaxtında müalicələrə başlanılmadığı üçün psoriaz yayılaraq sinədən bütün bədənə keçir. Psoriazın erkən forması sinədə qabıqlı qızartı ilə bərabər saçlı dəridə qabıqlanma və qaşıntı da olur. Paralel şəkildə bu xəstələrdə qulaqda qabıqlanma, saqqal və qaşlarda da kəpəklənmə görülə bilir. Lakin bu əlamətlər psoriaz üçün mütləq əlamətlər deyil və diaqnozun qoyulması üçün mütləq dermatoloq rəyi lazımdır. 

psoriaz xəstəliyi müalicə mərkəzi

Psoriaz Xəstəliyi Müalicə Mərkəzi

Azərbaycanda ilk və yeganə Psoriaz Xəstəliyi Müalicə Mərkəzi olaraq pullu dəmrovdan əziyyət çəkən soydaşlarımıza müasir təbabətin ən son yenilikləri ilə tibbi xidmət verilir. Psoriaz xəstələri uzun müddətliyinə nəzarətə götürülür və müşahidə altında saxlanılır


psoriaz xəstəliyi müalicə mərkəzi

ŞƏFANIZI BİZDƏ TAPIN




psoriaz xəstəliyi müalicə mərkəzi

ŞƏFANIZI BİZDƏ TAPIN