Bədəndə qırmızı səpgilər nədən yaranır ?
Bədəndə qırmızı səpgilər hər kəsin həyatında bir dəfə də olsa yaranır. Dəridə qırmızı səpgilər hər yaşda görülür. Uşaqlarda qırmızı səpgilər əksərən virus mənşəli xəstəliklərdən sonra yaranır. Qızılca, məxmərək kimi uşaq dəri xəstəlikləri qaşıntılı qırmızı səpgilər ilə özünü biruzə verir. Uşaqlarda atopik dermatit, dərman allergiyaları kimi allergik dəri xəstəlikləri də dəridə qaşıntılı qızartılar verə bilər. Bədənin qaşınması bəzən heç bir dəri səpgisi ilə özünü biruzə verməyə də bilir. Bu cür dəri xəstəlikləri həm uşaqlarda, həm də böyüklərdə daxili orqanların xəstəlikləri fonunda yarana bilər. Eləcədə ekzogen faktorların təsirindən də dərinin səpgisiz qaşınması yarana bilər. Buna qaşınma xəstəliyi də deyilir. Lakin əksərən dəmrov xəstəliyi kimi dəri problemləri dəridə qaşıntılı qızarıtılar ilə özünü biruzə verir. Bədənin qırımızı səpgiləri əksərən qabıqlı olur. Bədəndə qabıqlı səpgilər bir çox dəri xəstəliyi tərəfindən törəyə bilər. Allergik dəri xəstəlikləri o cümlədən övrə xəstəliyi, dermatit, dərinin virus mənşəli xəstəlikləri, o cümlədən sızanaqlar, lenfomalar, qan xəstəlikləri bədəndə qırmızı səpgilər verə bilər.
Bədəndə qırmızı səpgilər ən pis halda pullu dəmrov xəstəliyi tərəfindən də törəyə bilər. Belə olan halda bədəndə damcıyabənzər qabıqlı qızartılar yaranır. Ona görə pullu dəmrovun bu formasına damcıvari psoriaz deyilir. Ümumiyyətlə psoriazın növləri çoxdur. Damcıyabənzər psoriaz forması ən çox pediatrik qrupda rast gəlinir. Yəni uşaqlarda psoriaz xəstəliyi bədəndə qaşıntılı qızartılar ilə başlayır. Bədəndə qırmızı səpgilər qabıqlı olur və solduğu zaman yerində qəhvəyi ləkələr bəzilərində isə ağ ləkər yaranır. Görülüdüyü kimi dəridə qırmızı rəngli səpgilər bir çox dəri xəstəliyi tərəfindən törədilə bilər. Bir birinə çox bənzəyirlər. Diaqnozun dəqiqləşməsi üçün mütləq dermatoloq müayinəsi vacibdir. Diaqnozu dəqiqləşdirmək üçün dəri həkimi xəstədən laborator, radioloji, mikrobioloji və dəri biopsiyası tələb edə bilər. Damcıyabənzər pullu dəmrov diaqnozu qoyulsa da ümidsiz olmamaq lazımdır. Bütün növ pullu dəmrov xəstəliyinin müalicəsi vardır. O cümlədən bədəndə qırmızı səpgilər verən damcıvari pullu dəmrovun müalicəsi mərkəzimizdə aparılır. Uşaqlarda damcıyabənzər psoriaz xəstəliyi daha çox rast gəlindiyi üçün PXMM-də pediatrik qrup üstünlük təşkil etməkdədir.
Psoriaz Xəstəliyi Müalicə Mərkəzi
Azərbaycanda ilk və yeganə Psoriaz Xəstəliyi Müalicə Mərkəzi olaraq pullu dəmrovdan əziyyət çəkən soydaşlarımıza müasir təbabətin ən son yenilikləri ilə tibbi xidmət verilir. Psoriaz xəstələri uzun müddətliyinə nəzarətə götürülür və müşahidə altında saxlanılır