Isosupra dərmanı haqqında hər şey

isosupra-dərmanı.jpg

Isosupra dərmanı nədir ?

Isosupra dərman brendinin adıdır. Əsasən sızanaq xəstəliyinin müalicəsi üçün istifadə edilir. Terapevtik tərkibi izotretinoin molekulasıdır. Izotretinoin tərkibli bu dərman roaccutane adından savayı müxtəlif adlarda istehsal edilə bilər. Xalqımız bu dərmanı isosupra və ya roaccutane olaraq tanıyır. Bir çoxları xətalı olaraq rokutan, rakutan, roakutan, roakutane kimi yazır və ifadə edir. Oral izotretinoin dərmanı A vitaminin sintetik potent analoqudur. Yəni, insan orqanizmdə mövcüd olan A vitaminin dəyişdirilmiş formasıdır. 

Izotretinoin dərmanı hansı xəstəliklərdə istifadə edilir ?

Isosupra preparatı bir çox dəri xəstəliklərinin müalicəsi üçün istifadə edilir. Lakin, sızanaq xəstəliyinin müalicəsində isosupra daha çox istifadə edilir. Aknenin müalicəsi müxtəlif üsullarla aparılır. Bir çoxları düşünür ki, vulqar aknenin müalicəsi sadəcə isosupra ilə ola bilər. Bu yanlışdır. Sızanaqlardan qurtulmaq üçün isosupra qədər çoxlu yerli və daxilə verilən daha təhlüksəzi müalicələr vardır. Dermatoloq öncə onların istifadə edir. 

Isosupra dərmanının müalicəvi təsiri necə baş verir ?

İstər oral izotretinoin, istərsə də yerli izotretinoin dəridə yerləşən yağ vəzlərinin ölçüsünü azaldır. Sızaqların quruması və yox olmasına səbəb olur. Yəni, yağ vəzlərini təşkil edən hüceyrələrin sayını azaltmaqla yağ vəzlərinin kiçilməsinə gətirib çıxarır. Yağ vəzisinin büzüşməsi isə üz dərisində məsamələrin kiçilməsi ilə nəticələnir. Hiperseborreya deyilən dəri yağlanması da azalır. Nəhayəttə yeni sızanaqların əmələ gəlməsi dayanır. Köhnə sızanaqların quruması baş verir. Deməli, isosupra sadəcə sızaqlardan qurtulmaq üçün deyil, eyni zamanda yağlı dərinin müalicəsi və üzün məsamələrinin müalicəsi üçün də yararlıdır. 

Aknetrent dərmanının yanı təsirləri varmı ?

Bütün dərmanlarda olduğu kimi isosupranın yan təsirləri vardır. Lakin, bu dərmanın yan təsirləri daha çox və daha ciddidir. Ona görə bu dərmanı yalnız peşəkar dermatoloq göstəriş olduğu təqdirdə xəstəni müalicə sırasında nəzarətdə saxlamaq şərti ilə təyin edə bilər. 

Isosupra dərmanı hansı yan təsirlərə sahibdir ?

Yan təsirləri çoxdur. Ən sıx görülən yan təsir dodaqda quruluq, dəridə quruluq, gözlərdə quruluqdur. Günəş allergiyasına meyilliik yaranır. Ona görə günəşli sezonlarda bu dərmanın istifadəsi məhduddur. Saçlarda tökülmə verə bilər. Dırnaqda dəyişiklik yarada bilər. Qanda xolesterini artıraraq hiperlipidemiya səbəbi ola bilər. 

Bu dərman daxili orqanları sıradan çıxardırmı ?

Əsla. Lakin, qaraciyərə mənfi təsirə göstərə bilər. Bütün dərmanlar böyrək və qaraciyər ifraz edildiyi üçün isosupra preparatı da qaraciyərlə ifraz edilir. Dərmanın dozasından asılı olaraq qaraciyərə toksik təsir göstərə bilər. Ona görə dermatoloq həkim müalicəyə başlamadan əvvəl xəstədən müəyyən testlər tələb etməlidir. Müalicə sırasında da müəyyən testlər edilir. Peşəkar dəri həkiminin nəzarətində olduğu müddətdə qaraciyərə bu dərman mənfi təsir göstərməz. Öz başında bu dərmanı nəzarətsiz qəbul adam üçün ciddi fəsadlar ola bilər. 

Isosupra dərmanı xolesterin mübadiləsinə təsir edirmi ?

Bəli. Isosupra dərmanı qanda xolesterini yüksəldir. Xüsusən yuxarı sıxlıqlı lipoproteinləri və triqliseridləri yüksəldir. Dermatoloq ehtiyac olduğu təqdirdə xəstəni dieta tərtib edə bilər. Aylıq testlərdə qanda xolesterin miqdarına da baxılır. 

Izotretinoin dərmanı hamilələrdə istifadə edilə bilərmi ?

Isosupra dərmanı hamilə qadınlarda əks göstərişdir. İstifadə etmək olmaz. Hamiləlik planlaşdıran xanımlar da bu dərmanı qəbul etməməlidirlər. Bu dərmanı istifadə edən qadınlar hamiləlikdən qorunma tətbirləri görməlidirlər. Dölə toksik təsiri vardır. Uşaqda eybəcərliklər yaradır. Dərman kəsildikdən sonra ən azı 3 ay hamilə qalmamlıdırlar. Daha ideal qorunma 6 aydır. Bir sözlə hamilələrdə isosupra dərmanı əks göstərişdir. 

Isosupra dərmanı kişilərdə sonsuzluq yaradırmı ?

Izotretinoin dərmanı kişilərdə sonsuzluq yaratmır. Cinsi fəaliyyətə mənfi təsiri yoxdur. Hətta əksinə bəzi elmi araşdırmalar bu dərmanın spermatazoid aktivliyini artırdığını iddia edir. 

Roaccutane dərmanı nə qədər müddət qəbul edilir ?

Izotretinoin dərmanının istifadə müddəti 4-8 ay arasında dəyişir. Müddəti təyin edən faktor təyin edilən dozadır. Tələb edilən total qəbul dozasına çatandan sonra müalicə dayandırılır.

Isosupra dərmanını qəbul edənlər donor ola bilərmi ?

Xeyr. Bu dərmanı istifadə edildiyi müddətçə və istifadəsi kəsildikdən sonra 3 ay ərzində qan donoru olmaq olmaz.

Roaccutane dərmanı ani korluq yaradırmı ?

Xeyr. 

Isosupra dərmanı intihar düşüncələri və depressiya yaradırmı ?

Bu istiqamətdə aparılan elmi araşdırmalar kafi olmadığından belə bir iddianı qəbul etmək doğru deyildir. Son elmi araşdırmalar isosupra dərmanının depressiya və intihar düşüncələri yaratmasının əsassız olduğunu göstərir. 

Izotretinoin dərmanı kəsiləndən sonra sızanaqlar qayıda bilərmi ?

Isosupra dərmanı ilə akne müalicəsi düzgün təşkil edilərsə əksərən sızanaqlarin biryolluq müalicəsi əldə edilmiş olunur. Az bir insanda isosupra sonrası sızanaqlar qayıdır. Belə olan halda dermatoloq təkrar isosupra ilə sızanaq müalicəsi və profilaktikasını təşkil edə bilər. Lakin, qeyd etmək lazımdır isosupra dərmanından sonra qayıdan sızanaqlar daha zəyif və az olur. 

Isosupra qiyməti ölkəmizdə neçəyədir ?

Isosupra dərmanının qiyməti ölkəmizdə preparatın dozasından asılı olaraq bir qutusu 30-40 AZN təşkil edir. 

Izosupra yan təsirləri qalıcıdırmı ?

Isosupra dərmanının yan təsirləri qalıcı deyil. Yan təsirlər müalicə sırasında özünü göstərsə də dərman kəsiləndən sonra yan təsirlərdə sovrulur. Lakin, isosupra dərmanının dölə verdiyi teratogen təsir qalıcıdır. Ona görə xanımlar bu dərmanı istifadə etdiyi müddətcə və dərman kəsiləndən sonrakı 3 ay ərzində kontraspetiv vasitələrdən istifadə etməlidir. 

Isosupra istifadəsindən əvvəl və istifadəsi zamanı analizlər verilirmi ?

Bəli. Isosupra dərmanı təyin edilmədən əvvəl dermatoloq xəstəni müəyyən testlərdən keçirməlidir. Əks göstəriş yoxdursa müalicə təyin edilir. Ayda bir dəfə və yaxud klinik vəziyyətdən asılı olaraq 3 aydan bir dermatoloq kontrolu və laborator testlər verilir. Müalicənin gedişi dermatoloq tərəfindən monitorizə edilir. 

Izosupra dərmanı sızanaqları artıra bilərmi ?

Isosupra dərmanı ilk istifadə sırasında sızanaqları müvəqqəti olaraq artıra bilər. Lakin, müalicəyə davam edildiyi təqdirdə sızanaqlar solmağa və qurumağa başlayır. Ona görə sızanaqların artması təhlükəli deyil. Lakin, sızanaq artımını mütləq dermatoloq həkimə söyləmək lazımdır. 

Izotretinoin psoriaz müalicəsi zamanı istifadə edilir ?

Isosupra dərmanı sadəcə sızanaq müalicəsində istifadə edilmir. Bu dərman bir çox dəri xəstəliklərinin müalicəsində istifadə edilir. O cümlədən dəmrov qrupu dəri xəstəlikləri. Isosupra psoriazın müalicəsi zamanı təyin edilər bilər. Zəyif və orta dərəcəli pullu dəmrovun müalicəsi isosupra ilə aparıla bilər. Isosupra qrupuna aid olan və daha potent olan asitretin dərmanı psoriazın bütün klinik növləri zamanı istifadə edilir. Isosupra və asitretin psoriaz qabıqlanmasını azaldır, qaşıntını söndürür, qızartıları isə soldurur. Psoriazı remissiyaya salmaq üçün dermatoloq həkimlər bu qrup dərmandan tez-tez istifadə edir. 

 

psoriaz xəstəliyi müalicə mərkəzi

Psoriaz Xəstəliyi Müalicə Mərkəzi

Azərbaycanda ilk və yeganə Psoriaz Xəstəliyi Müalicə Mərkəzi olaraq pullu dəmrovdan əziyyət çəkən soydaşlarımıza müasir təbabətin ən son yenilikləri ilə tibbi xidmət verilir. Psoriaz xəstələri uzun müddətliyinə nəzarətə götürülür və müşahidə altında saxlanılır


psoriaz xəstəliyi müalicə mərkəzi

ŞƏFANIZI BİZDƏ TAPIN




psoriaz xəstəliyi müalicə mərkəzi

ŞƏFANIZI BİZDƏ TAPIN