Dırnaqda qalınlaşma nədəndir ?

dirnaq-qalinlaşmasi.jpg

Dırnaqda qalınlaşma problemi ilə Psoriaz Xəstəliyi Müalicə Mərkəzinə tez-tez randevular alınır.  Qeyd edək ki, dermatoloq həkimlər sadəcə dəri deyil eyni zamanda dırnaq, saç, ağız boşluğu və cinsi xəstəliklərin müalicəsi ilə məşquldur. Ümumiyyətlə dırnaq xəstəlikləri dermatologiya ixtisası qarşısında duran əsasə problemlərdəndir. Dırnaq problemləri insanlarda xüsusən qadınlarda ciddi estetik problemlər yaradır. Bu isə öz növbəsində xəstələrdə psixoloji komplekslərə gətirib çıxarda bilir. Dırnaqda qalınlaşma dırnaq xəstəliyinin əlamətləri arasında əsas olsa da yalnız deyildir. Bundan savayı dırnaqlarda saralma, dırnaqda qaralma, dırnaqlarda ayrılma, dırnaq deformasiyası, dırnaq batması, dırnaq cizgilənməsi və s. əlamətlər ciddi dırnaq xəstəliklərindən xəbər verir. Əksərən ayaq dırnaqlarının qalınlaşması halına daha tez-tez rast gəlinir. Xüsusən ayaq başbarmaq dırnağının qalınlaşması ilə başlayıb sonra digər dırnaqlara da yayıla bilir. Dırnağın qalınlaşması ilə paralel şəkildə adədən dırnağın saralması və ayrılması da rast gəlinir. Ovularaq tökülməsi və dırnağın qırılması və qısalması görülür. Əl dırnaqlarında qalınlaşma xüsusən başbarmaq dırnağının qalınlaşması adətən ayaq dırnaqlarının problemi yaranandan sonra ortaya çıxır. 

dırnaq qalınlaşması

Dırnaqda qalınlaşma nədəndir sualı isə tez-tez verilir. Dırnaqların qalınlaşması həm xarici, həm də daxili faktorların təsirindən yarana bilər. Dırnaq problemləri o cümlədən qalınalşması daxili xəstəliklər fonunda da yarana bilər. Odur ki, dəri həkimi ehtiyac olduğu halda xəstəni əlavə testlərdən keçirdə bilər. Dırnağın göbələk xəstəliyi da dırnaqların qalınlaşması və saralması səbəbi ola bilir. Bəzi sindromik genetik dəri xəstəlikləri erkən uşaqlıqdan bütün əl və ayaq dırnaqlarının saralması və qalınlaşması ilə özünü biruzə verir. Uşaqlarda dırnaq xəstəlikləri bir çox halda məhz genodermatoz deyilən irsi xəstəliklər fonunda yaranır. Psoriaz xəstəliyi də dırnaqda qalınlaşma və saralma səbəbi ola bilər. Pullu dəmrovun əlamətləri arasında dırnaq deformasiyası da vardır. Psoriazın dırnaq forması dırnaqların qalınlaşması ilə bərabər dırnaqların ayrılması, dırnaqların saralması, dırnaqların çuxurlanması görülə bilər. Psoriatik dırnaqlar pullu dəmrov xəstələri üçün ciddi komplekslər yaradır. Dırnaq qalınlaşmasının müalicəsi çətindir lakin mümkünsüz deyildir. Xüsusən psoriaz dırnaqlarının müalicəsi dermatoloqlar üçün çətinlik yaradır. Lakin, mərkəzimizdə psoriaz dırnağının müalicəsi və profilaktiası uğurla aparılır.  

psoriaz xəstəliyi müalicə mərkəzi

Psoriaz Xəstəliyi Müalicə Mərkəzi

Azərbaycanda ilk və yeganə Psoriaz Xəstəliyi Müalicə Mərkəzi olaraq pullu dəmrovdan əziyyət çəkən soydaşlarımıza müasir təbabətin ən son yenilikləri ilə tibbi xidmət verilir. Psoriaz xəstələri uzun müddətliyinə nəzarətə götürülür və müşahidə altında saxlanılır


psoriaz xəstəliyi müalicə mərkəzi

ŞƏFANIZI BİZDƏ TAPIN




psoriaz xəstəliyi müalicə mərkəzi

ŞƏFANIZI BİZDƏ TAPIN