Psoriazın əlamətləri haqqında

Klinik əlamətlər

Psoriazın əlamətləri hansılardır sualı tez-tez verildiyi üçün portalımızda pullu dəmrovun klinik əlamətləri haqqında səhifə açılmışdır





Psoriazın əlamətləri çox qarışıq və mürəkkəbdir. Psoriaz səpgiləri dərinin istənilən nahiyyəsində özünü biruzə verə bilər. Pullu dəmrov səpgiləri əsasən dirsəkdə, dizdə, saçlı dəridə, ovuc içərisində, ayaqaltında, cinsiyyət üzvündə, dırnaqlarda və bədəndə yaranır. Pullu dəmrovun əlamətləri çox qarışıq olduğu üçün onu başqa dəri xəstəlikləri ilə rahat qarışdırmaq və xəstəyə səhv diaqnoz qoymaq mümkündür. Bu cür halların qarşısını almaq üçün uşaqlarda və böyüklərdə dəridə qabıqlı qızartılar çıxdığı zaman peşəkar dermatoloq həkimə müraciət edilməlidir

Başda psoriaz

Psoriazın əlamətləri bir çox insanda saçlı dəridən başlaya bilər. Saçlı dəridə psoriaz xəstəliyi geniş yayılmışdır. Başın psoriaz xəstəliyi seborreyalı dermatit xəstəliyinə çox bənzədiyi üçün tez-tez qarışdırılır. Başda pullanma, kəpəklənmə, qabıqlanma, qaşıntı və qızartı saçlı dəri psoriazı üçün xarakterikdir. Bundan əlavə başda psoriaz problemi qulaqlarda qabıqlanma və qaşıntı da yarada bilər. Əsasən qulaqarxasında qaşıntılı qabıqlanma meydana gəlir. Qulaq keçəcəyində qabıqlı kəpəklənmə hətta eşitmə zəyifliyi də yarada bilər.  Bu səbəblə başda kəpəklənmə və pullanma olarsa özfəaliyyət etmədən dermatoveneroloq həkimə müraciət etmək lazımdır. 

Dırnaqlarda psoriaz

Psoriazın klinik əlamətləri dırnaqlarda da özünü biruzə verir. Pullu dəmrov xəstələrində əl və ayaq dırnaqlarının zədələnməsi baş verə bilər. Bəzən psoriaz səpgiləri ortaya çıxmadan əvvəl dırnaqda rəng dəyişmələr və deformasiyalar əmələ gələ bilər. Psoriaz dırnaqları qalınlaşma, saralma, ayrılma, çuxurlanma kimi əlamətlər verə bilər. Psoriatik dırnaqlar tam zədələnərsə hətta sədəfin dırnaq yatağından tamamiylə ayrılıb düşməsi də baş verə bilər. Dırnağın göbələk xəstəlikləri ilə çox bənzərliyi olduğu üçün bu xəstələr bəzən yalnış müalicələr alırlar. Bu səbəbdən dırnaq xəstəliklərinin psoriaz ilə əlaqəli ola biləcəyini hər zaman nəzərdə tutulmalıdır. Hətta psoriazın əlamətləri birincili olaraq dırnaqlardan da başlaya bilər. 

Əl-ayaq psoriazı

Psoriazın əlamətləri arasında əllərdə qabıqlanma və ayaqda qabıqlanma  şikayətləridir. Psoriazın bu varyantı əllərdə və ayaqlarda qaşıntılı qabıqlı qızartılar ilə özünü göstərir. Əl-ayaq psoriazı bəzən irinli qovuqcuqlar ilə özünü biruzə verir. Belə xəstələrdə əllərdə qaşıntı, ayaqda qaşınt, əllərdə çatlar, ayaqda qabıqlanma əlamətləri üstünlük təşkil edir. Əl-ayaq dəmrovu yayılaraq dırnaqlara qədər sirayət edərək psoriaz dırnaqları ilə birgəlik təşkil edə bilir. Əllərdə psoriaz xəstəliyi həm də əl oynaqlarında şişkinlik, ağrı səbəbi ola bilər. Eyni qayda ayaq psoriazı xəstəliyi üçün də keçərlidir. Ayaqda ağrılı çatlar və qalınlaşma ilə bərabər ayaq oynaqlarında şişkinlik və ağrı yarana bilər. Psoriatik artrit adlana bu vəziyyət vaxtında müalicə edilməsə oynaqlarda deformasiya yarana bilər. 

Pustulyar psoriaz

Pustulyar psoriaz ən ciddi və həyat üçün təhlükəli psoriaz forması hesab olunur. Bu cür xəstələrdə irinli qovuqcuqlar bütün bədəni əhatə edir və qızdırma, halsızlıq kimi sistemik əlamətlər də inkişaf edir. Pustulyar pullu dəmrov xəstəliyi təcili tibbi yardım tələb edən dəri xəstəlikərindən hesab olunur. Zamanında dermatoveneroloqa müraciət edilməlidir. 

Psoriatik artrit 

Pullu dəmrov sadəcə dəriyə məhdud xəstəlik deyil. Psoriaz sistem xəstəliyi olmaqla bərabər daxili orqanları da zədələyə bilər. Xüsusən oynaqlarda iltihabi reaksiyalar ağrılı şişkinliklərin səbəbi ola bilər. Əsasən əl, ayaq, bel oynaqlarında tutulma və ağrı yaranır. Psoriatik artritin müalicəsi gecikdirildiyi təqdirdə xəstədə düzəlməyən oynaq deformasiyaları meydana gələ bilər. 

Quttat psoriaz

Psoriazın əlamətləri geniş spektruma malikdir. Bədəndə qaşıntılı qabıqlı qızartılar şəklində özünü göstərən pullu dəmrov variantına damlavari psoriaz xəstəliyi deyilir. Digər adı quttat psoriaz olan bu variantda səpgilər dairəvi qabıqlı qızartılar şəklində olduğu üçün yağış damcısını bənzəyir. Ona görə psoriazın bu formasına quttat pullu dəmrov və ya damcıyabənzər psoriaz deyilir. Bütün bədəni əhatə edə bilər. Pullu dəmrovun bu variantı en sıx pediatrik qrupda ortaya çıxır. Uşaqlarda psoriaz xəstəliyi ilk dəfə meydana gələrkən damcıyabənzər pullu dəmrov formasında özünü göstərir.

Diz-dirsək psoriazı

Pullu dəmrovun əlamətləri arasında diz-dirsək qızartıları da vardır. Belə xəstələrdə psoriaz diz-dirsək nahiyyəsindən başlayır və uzun müddət davam edir. Dirskədə qabıqlanma və qızartı xəstələrdə ciddi komplekslər yaradır. Dirsəklərdə qabıqlı qızartılar adətən qaşıntılı olur. Lakin, dirsəkdə qaşıntılı qabıqlanma verən digər xəstəliklər də vardır. Diaqnozun dəqiqləşdirilməsi üçün peşəkar dermatoloq rəyi lazımdır. Bəzən psoriaz diaqnozunu dəqiqləşdirmək üçün dəri biopsiyası da təyin edilə bilər. Eyni qayda dizlərdə qaşıntılı qızartılar üçün də aiddir. Dizdə qaşıntılı qızarıqlıq verən dəri xəstəlikləri çoxdur. Onlardan ən önəmlisi təbii ki, pullu dəmrov xəstəliyidir. Pullu dəmrovda dizlərdə qabıqlanma qızartıdan və qaşıntıdan daha öndə olur. Digər xəstələr də isə əksinə dizlərdə qızartı qabıqlanmadan daha çox özünü göstərir. Pullu dəmrovun diz-dirsək forması psoriazın sadə formalarından biridir və müalicəsi daha rahatdır.

Eritrodermiyalı psoriaz

Eritrodermik psoriaz xəstəliyində səpgilər bədənin 90%-i əhatə edir. Bu cür xəstələrə xarici görünüşlərindən dolayı ”qırmızı adam” termini də istifadə edilir. Eitrodermik pullu dəmrov xəstəliyi təcilli tibbi yardım tələb edən dəri problemlərindən biridir. Pullu dəmrovun ən ağır formalarından birisi hesab edilir.



PSORİAZ


Mərkəzə müraciət edin

İŞ SAATLARI



Mərkəz ilə əlaqə qur

ƏLAQƏ MƏLUMATLARI








psoriaz xəstəliyi müalicə mərkəzi

ŞƏFANIZI BİZDƏ TAPIN




psoriaz xəstəliyi müalicə mərkəzi

ŞƏFANIZI BİZDƏ TAPIN