Psoriazı yaradan səbəblər

Provokasiya

Pullu dəmrovu yaradan səbəblər haqqında tez-tez suallar soruşulur. Bu səhifədə psoriazı yaradan və yayan səbəblər haqqında bəhs edilir





psoriazı yaradan səbəblər

Stress psoriazı tətikləyərək artırır

Psoriazı yaradan səbəblər arasında stress faktoru əsas yerə sahibdir. Pullu dəmrov xəstələri təbiətən həsas qəlbli olurlar. Bu xüsusiyyət demək olar ki bütün psoriaz xəstələrinə xasdır. Bu səbəblə pullu dəmrov xəstələri bəsit emosional stress faktorundan sonra səpgilərdə artış və psoriazın remissiyadan çıxması əlamətlərini müşahidə edir. Yəni, stress faktoru psoriazın yaranma səbəbi və tətikləyici faktoru rolunu oynamış olur. Ona görə psoriaz xəstələri stressli vəziyyətlərdən uzaq qalmalıdırlar. Zaman-zaman psixoterapevtik müalicə almalarında fayda vardır. Stress sonrası səpgilərdə artış müşahidə olunarsa dermatoloq həkimə müraciət edilməsi məsləhət edilir. Cünki, psoriazın şiddətlənməsi xəstələri təkrar stress vəziyyətinə salır ki, bu da xəstəliyin şiddətini daha da yüksəldir. Bu buaxımdan psoriaz xəstəliyi nədən yaranır sualına cavab olaraq stress faktorunu vurqulamaq mümkündür. 

psoriazı yaradan səbəblər

İnfeksiyalar psoriazı tətikləyərək artırır

Pullu dəmrovu artıran səbəblər arasında infeksiyalar önəmli yerə sahibdir. Pullu dəmrov xəstələri keçirdikləri infeksiyalardan sonra səpgilərində artım müşahidə oluna bilər. Yəni, infeksiyalar psoriazın yaranma səbəbi ilə bərabər həm də tətikləyicisi ola bilər. Ən sıx yuxarı tənəffüs yollarının istər bakteriyal, istərsə də virus mənşəli infeksiylarından sonra psoriazda artım müşahidə olunur. Fəqət, istənilən növ infeksiyalar pullu dəmrovun artması və yayılmasına səbəb ola bilər. Bu baxımdan pullu dəmrov xəstəliyi nədən yaranır sualına cavab olaraq infeksiyaları vurqulaya bilərik. Ona görə də psoriaz xəstələri qulaq ağrısı, diş ağrısı, boğaz ağrısı, öskürmə, sidiyə çıxarkən yanma hissi, gecə tərləməsi, halsızlıq və qızdırma kimi ümumi infeksiya əlamətləri müşahidə edərlərsə zaman itirmədən və səpgilər artmadan dermatoveneroloqa müraciət etməlidirlər. 

psoriazı yaradan səbəblər

Dərmanlar psoriazı tətikləyərək artırır

Psoriazı yaradan səbəblər arasında dərmanlar da yer almaqdadır. Pullu dəmrovu olan insanlar başqa xəstəliklər səbəbiylə istifadə etdikəri dərmanlara qarşı diqqətli olmalıdırlar. Cünki, bəzi dərmanlar pullu dəmrov səpgilərini artırır və xəstəliyi remissiyadan çıxardır. Yəni, bəzi dərmanlar psoriazın yaranma səbəbi və tətikləyicisi ola bilər. Bu səbəbdən psoriaz xəstələri istifadə etdikləri dərmanlardan sonra səpgilərində artım müşahidə edərlərsə o dərmanı qara siyahıya daxil etməli və bir daha istifadə etməməlidirlər. Həkim məsləhəti ilə istifadə olunan dərman başqa bir qrup dərmanlarla əvəz olunmalıdır. Hipertenziya əleyhinə istifadə olunan dərmanlar, bəzi psixiatrik dərmanlar,  antibiyotiklər və steroid olmayan ağrıkəsicilər psoriazın  şiddətləndirə bilər. Pullu dəmrov nədən yaranır sualına cavab olaraq bəzi dərmanları da qeyd etmək olar.

psoriazı yaradan səbəblər

Travma psoriazı tətikləyərək arıtırır

Psoriazın yayılma səbəbləri arasında travma xüsusi yerə sahibdir. Pullu dəmrovun yayılması və artması dəriyə tətbiq edilən təzyiq ilə bir başa əlaqəlidir. Yəni, psoriazın yaranma səbəbi və tətikləyicisi rolunda iştirak edən travmaların qarşısı alınmasa pullu dəmrovun müalicəsi də müşkülə çevrilir.  Travma dedikdə isə əsasən açıq cərrahi, endoskopik, laparaskopik və s kimi müdaxilələr nəzərdə tutulur. Yuxarıda sadalanan müdaxilələrdən sonra psoriaz səpgiləri arta bilər. Dar ayaqqabılar və ağır fiziki işlər əl-ayaq psoriaz xəstəliyini tətikləyə bilər. Dəridə hər hansı bir zədələnmə sonrası travma yerində psoriaz səpgilərı yaran bilər. Travma sonrası səpgilər bütün dəriyə yayıla biləcəyini də unutmamamlıyıq. Pullu dəmrov niyə yaranır sualına cavab olaraq isə travmaları qeyd etmək olar. 



PSORİAZ


Mərkəzə müraciət edin

İŞ SAATLARI



Mərkəz ilə əlaqə qur

ƏLAQƏ MƏLUMATLARI








psoriaz xəstəliyi müalicə mərkəzi

ŞƏFANIZI BİZDƏ TAPIN




psoriaz xəstəliyi müalicə mərkəzi

ŞƏFANIZI BİZDƏ TAPIN