Pullu dəmrovun lokal terapiyasında istifadə olunan dərmanlar bir baş səpgilərin üzərinə tətbiq olunur. Lokal terapiyaya müxtəlif kremlər, şampunlar, losionlar, sabunlar daxildir. Lokal terapiyada vena daxili və ağız yolu ilə dərmanlar qəbul olunmur. Bu səbəblə, bu terapiya növü sistemik terapiyadan fərqli olaraq daha təhlükəsizdir. Lokal terapiya zəyif və orta ağırlıqlı psoriaz xəstəliyinin müalicəsində uğurla istifadə olunur. Lokal terapiya daha ağır psoriaz formalarında ya tək başına, ya da sistemik terapiya ilə bərabər istifadə oluna bilər. Lokal terapiya sistemik terapiyadan daha az təhlükəli olmasına baxmayaraq, ciddi lokal yan təsirləri görülür. Bu səbəblə pullu dəmrovun lokal terapiyasında istifadə olunan dərmanlar özbaşına, dermatoveneroloq məsləhəti olmadan istifadə etmək olmaz. Aşağıda psoriaz xəstəliyinin lokal terapiyasında istifadə olunan vasitələr haqqında qısa məlumat veriləcəkdir.
Copyright © 2021 Psoriaz Xəstəliyi Müalicə Mərkəzi- Bütün hüquqlar qorunur
Cooki istifadə etməklə bəzi dataları toplayaraq saytımızı daha təkmil etməyi düşünürük. Zəhmət olmasa təklifi qəbul edin.